Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanda atom elektrik stansiyası tikilə bilər - Video

Rusiya Azərbaycanda atom elektrik stansiyasının inşasını təklif edir. “Ria Novosti”- nin məlumatına görə bunu Rusiya Prezidenti Vladimir Putinlə Azərbaycan prezidenti İlham Əliyev arasında görüşdən sonra jurnalistlərə "Rosatom" Dövlət Korporasiyasının baş direktoru Aleksey Lixachev deyib.

Bizimyol.info xəbər verir ki, 1 milyon ton neft 60 ton urana bərabərdir. İlkin hesablamalara görə də Azərbaycanı elektroenerji ilə təmin etmək üçün ildə 50-60 ton uran lazımdır. Hazırda 1 milyon ton neftin qiyməti təxminən 380 milyon dollardır. 60 ton uran isə cəmi 25 milyon dollara başa gəlir. Bu isə iqtisadi baxımdan olduqca sərfəli hesab edilir.

Alimlərin fikrincə, cəmi 60-70 illik ehtiyatı qalan neft və qazdan fərqli olaraq, dünyadakı uran ehtiyatları bundan sonra azı 500 ilə kifayət edəcək. İndi dördüncü nəsil nüvə reaktorları inşa olunur ki, bu texnologiyada qəza baş verməsinin mümkün olmadığı iddia edilir. Buna görə də, əksər dövlətlər AES yaratmağa meyillənib. Azərbaycanda isə ilkin olaraq Atom Elektrik stansiyasının qurulmasına 5 milyard manat vəsait lazımdır.

Ekspertlər ölkədə atom-elektrik stansiyasının inşa olunub-olunmaması ilə bağldı ciddi təhlil və müzakirələrə ehtiyac olduğunu deyirlər.

İstənilən halda bütün risklər nəzərə alınaraq, potensial xeyir və zərərlər hesablandıqdan sonra addım atılacağı bildirilir.

Son xəbərlər
Bütün xəbərlər »