Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Nişan üzüyü almaq üçün bankı soyub

ABŞ-ın Texas ştatının Qrovton şəhərində bəy toy üzüyü almaq üçün toydan bir gün əvvəl bank qarət edib.

Bizimyol.info xəbər verir ki, oktyabrın 4-də Hit Edvard Bampus “Citizens State Bank”a girərək nağd pul tələb edib. Bəy kassiri silahlı olması ilə bağlı xəbərdar edib. Onun sözlərinə görə, o, bankı ertəsi gün baş tutacaq toyu üçün qarət edib. O, nişan üzüyünə pulunun çatmadığını deyib.

Polisin məlumatına görə, silahlı soyğundan sonra Bampus paltarlarını avtomobilin pəncərəsindən atıb. Tezliklə polis cinayətkarın əşya və silahını tapıb.

Səlahiyyətlilər nəzarət kamerasından görüntüləri götürüb və şübhəli şəxsin görüntülərini rəsmi “Facebook” qrupunda yayımlayıblar. Görüntülərdən həyat yoldaşını tanıyan gəlin Bampusu təslim olmağa məcbur edib.

Polis işçisi bildirib ki, Bampus oğurlanan pulların çoxunu geri qaytarıb. O, məhkəmənin qərarına qədər nəzarətdə saxlanılacaq. Ona ağırlaşdırılmış soyğunçuluq ittihamı verilib.

Paylaş »
››› “Patı” mafiyası, yoxsa, agentura: “Planlı işləyirlər”
››› Alovun içində üzümüzü ağ edənlər: Azərbaycan qardaş ölkəyə necə dəstək verir...
››› Avqustun 3-nə olan hava proqnozu
››› “Gürcüstan Ankara və Bakı üçün sağlam tərəfdaş olaraq qalacaq”
››› Tokio-2020: Fransanı təmsil edən azərbaycanlı boksçu üçün polisə müraciət olunub
››› Generalın bacısı oğlu həbsdən buraxılıb
››› İntizam komissiyası polisi döyən deputatla bağlı rəyi yekdilliklə qəbul edib
Son xəbərlər
Bütün xəbərlər »