Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Pentaqon Suriya ilə bağlı yeni açıqlama yayıb
Conatan Hoffman

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) sözçüsü Conatan Hoffman ABŞ Prezidenti Donald Trampın məlum Suriya qərarından sonra yeni açıqlama ilə çıxış edib.

Bizimyol.info xəbər verir ki, “Anadolu” agentliyinə istinadla xəbər verir ki, Hofman Trampın Suriyadan ABŞ əsgərlərini geri çəkmək barədəki qərarı ilə bağlı bir sıra məqamlara aydınlıq gətirib.

O bildirib ki, prezident Tramp Suriyanın şimalında Türkiyə ilə birgə əməliyyata qoşulmaması ilə bağlı qərarını Pentaqonla razılaşdırmaması ilə bağlı səsləndirilən iddialar əsassızdır: “Əksinə, ABŞ prezidenti Türkiyənin hərbi əməliyyatları, eləcə də Suriyanın şimalındakı vəziyyət barədə müdafiə naziri Mark Esperlə və Baş Qərargah rəisi general Mark Milley ilə məsləhətləşmələr aparıb”.

Hofman əlavə edib ki, ABŞ Müdafiə Nazirliyinin qərarına görə, Suriyada sabitliyin təmin edilməsinin ən yaxşı yolu orada etibarlı bir bölgənin yaradılmasıdır: “Təəssüf ki, Türkiyə birtərəfli addım atmağı seçdi. Nəticə olaraq Suriyanın şimalındakı ABŞ əsgərlərinin təhlükəsizliyini təmin etmək üçün Türkiyənin edəcəyi müdaxilə yolundan çəkildik. Bu mərhələdə Suriyadakı hərbi mövcudluğumuzda bir dəyişiklik yoxdur”.(apa)

Paylaş »
››› Piyadanı öldürən Araz Abdullayev indi də avtoşluq edir – Video
››› Əli Kərimlinin mühafizəçisinin səs yazısı yayıldı - Video
››› Tərcüməçinin Trampın çıxışına verdiyi reaksiya hər kəsi təəccübləndirdi - Video
››› İcbari tibbi sığorta tətbiq edildikdən sonra hansı xidmətlər ödənişli, hansı xidmətlər ödənişsiz olacaq? – Agentlik cavablayır
››› Ölmüş bilinən qız 29 il sonra oğlan olaraq döndü
Son xəbərlər
Bütün xəbərlər »