Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
800 dollar maaş alan futbolçudan 8000 dollara oyun satmasını istəyiblər

Futbolda oyun alverinin olması heç kimə sirr deyil. Rusiyanın ikinci liqası bu baxımdan çox məşhurdur. Bu çempionatda oyun alveri çox olur.

Bizimyol.info xəbər verir ki, Rusiyada çıxış etmiş Suriya mənşəli futbolçu Basel Abdulfəttah sensasiyalı açıqlama verib. O, Sankt-Peterburq “Dinamo”sunda oynayanda oyun satması üçün 500 min rublluq (8 min dollar) təklif aldığını bildirib. “İlk hissəni bir top fərqi ilə uduzmalıydıq. Mən boyun qaçırdım, öz reputasiyama hörmət etdiyimi bildirdim”, - suriyalı belə deyib.

29 yaşlı futbolçunun sözlərinə görə, komanda yoldaşlarının çoxu bu təkliflə razılaşıb. Abdulfəttah deyir ki, onda “Dinamo”da cəmi 50 min rubl (800 dollar) məvacib alırmış.

Basel Rusiya karyerasına Sankt-Peterburq “Zenit”ində başlayıb. O, “Dinamo”da 2014-2015-ci illərdə oynayıb, 20 oyunda meydana çıxıb. Abdulfəttah bundan başqa “Krılya Sovetov”da, “Yenisey”də və “Çernomorets”də çıxış edib. Futbolçu üç il əvvəl karyerasını başa vurub.

Paylaş »
››› “Ölmək ölməkdir, normal üsulla ölün” - Ekspertdən qadınlara məsləhət
››› İsrail alimləri koronavirusin qarşısını alan dərman tapıblar
››› Tanınmış telejurnalist həkimi məhkəməyə verdi
››› Yeni qapanmaya doğru qulaqçəkmə əməliyyatı
››› Hökumət 7 aydır tibbi sığorta adı ilə pul yığır, əvəzində heç nə vermir
››› Prezidentdən Nəcməddin Sadıxovun yerinə yeni təyinat: "Orduda islahatlar olacaq"
››› Deputat və ruhanilər öz işini görsəydi...
Son xəbərlər
Bütün xəbərlər »