Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Pekin ABŞ-a xəbərdarlıq etdi

Rəsmi Pekin Çinin Sincan Uyğur Muxtar Rayonunda insan haqlarının pozulması adı ilə Çinin 28 şirkətini qara siyahıya salmaq planına görə ABŞ-a sərt etirazını bildirib.

Çin Xarici İşlər Nazirliyinin rəsmisi Qen Şuan oktyabrın 8-də keçirdiyi mətbuat konfransında Birləşmiş Ştatların belə əsassız iddialarının yolverilməz olduğunu, bu addımın beynəlxalq hüququn əsas normalarının ciddi şəkildə pozulması və Çinin daxili işlərinə kobud müdaxilə hesab etdiklərini deyib.

"Sincan Uyğur Muxtar Rayonunda qondarma insan haqları problemi yoxdur. ABŞ-ın bu ittihamları isə sadəcə, Çinin daxili işlərinə müdaxilə üçün bilərəkdən yaradılmış bəhanədir", - deyə Qen Şuan bildirib.

Çin XİN rəsmisi ABŞ-ın Çinin terrorizmə qarşı legitim fəaliyyətinə olan yanlış mövqeyini dərhal düzəltməyə çağırıb. (Publika.az)

Paylaş »
››› İyulun 26-na olan hava proqnozu
››› Tokio-2020: Azərbaycan təmsilçilərindən 10-u mübarizəni dayandırdı
››› Müsəlman idmançı israilli ilə qarşılaşmamaq üçün olimpiadadan imtina edib
››› Sürücünün halı pisləşdi, polis yardıma yetişdi - Foto
››› Heyrət, ey Şeyx... və ya üzrü günahından betər
››› Şeyxdən ona ünvanlanan ittihamlara cavab
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »