Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Millət vəkili Nazirlər Kabinetini tənqid etdi
vahid  ehmedov

Vahid Əhmədov: “Qeyri-neft sektorunun inkişafında ciddi irəliləyişlər yoxdur”

“Hökumətin hesabatı adı ilə bizə 350-400 səhifəlik kitab verirlər, onu axıra kimi oxumuruq”

Novruz Məmmədovun qəfil istefasından sonra baş nazir postuna təyin edilmiş Əli Əəsədovun namizədliyini Milli Məclis bugünkü iclasda təsdiq etdi.

Parlamentin plenar iclasında bu məsələ ətrafında deputatlar çıxış edərək, öz fikirlərini söylədilər.

Milli Məclisin deputatı, parlamentin iqtisadi siyasət, sahibkarlıq və sənaye komitəsinin üzvü Vahid Əhmədovun çıxışı da maraq doğurdu. Vahid Əhmədov da Əli Əsədovu çoxdan tanıdığını, ölkədə gedən iqtisadi proseslərdə rolunu olduğunu dedi. Ancaq yeni baş nazirə tövsiyələrini də verdi.

Bizmyol.info-nun müxbiri parlamentdən verdiyi xəbərə görə Vahid Əhmədov dedi ki, istər Milli Məclisin iclaslarında, istərsə də, dövri mətbuatda iqtisadiyyatla, ölkənin inkişafı ilə bağlı fikirlər söylənilir, müxtəlif təkliflər verilir: “Mən xahiş edirəm ki, Siz Azərbaycan Respublikasının baş naziri kimi həmin təkliflərə diqqətlə yanaşasız.

O məsələlər barədə göstəriş verməyi Azərbaycan hökümətindən xahiş edərdim. İkinci məsələ isə budur ki, Azərbaycanın dövlət başçısı son vaxtlar Azərbaycanda iqtisadi inkişaf üçün müəyyən ciddi addımlar atır, sosial layihlələr həyata keçirilir. Azərbaycan dövlətinin iqtisadiyyatı neftdən yox,qeyri- neft sektorunun inkişafından asılıdır. Bu, hədəf kimi götürülür. Təəssüflər olsun ki, çox uzun müddət keçməsinə baxmayaraq, çox ciddi iəliləyişlərə nail ola bilməmişik Düzdür, müəyyən addımlar var. Millət vəkili olaraq Sizdən xahiş edirəm ki, vəzifəyə başalayandan sonra Azərbaycanda qeyri- neft sektorunun, sənayenin, kənd təsərrüfatının, turizmin inkişafına diqqət yetirəsiz. Üçüncü məsələ də var: hər dəfə biz Azərbaycan hökümətinin hesabatını alırıq; bizə 350- 400 səhifəlik bir kitab verirlər. Buna ehtiyac yoxdur və heç birimiz də bunu axıra kimi oxumuruq”.

Millət vəkili hesabatın mətninin konkretləşdirilməsi, görülən və görüləək işlər barədə qısa məlumatlar verilməsini təklif etdi.

Gülnarə ƏMİRQIZI

Bizimyol.info

Paylaş »
››› İmamoğludan xanımının geyimini tənqid edənlərə cavab
››› Saakaşvilidən azərbaycanlılara çağırış: "Təxribatlara uymayın!"
››› Rus tarixçi sevgilisinin başını mişarla kəsdi - Dünyanı sarsıdan qətlin təfərrüatları
››› Azərbaycanda icra başçısının saysız-hesabsız obyektləri
››› İranın Ali dini lideri etirazçılara müraciət edib
Son xəbərlər
Bütün xəbərlər »