Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Britaniya iqtisadiyyatı Brexit səbəbindən 60 milyard funt-sterlinq itirib
britain_22111-0-0-0

Britaniya iqtisadiyyatı hökumətin Avropa İttifaqının tərkibindən çıxmağa can atması səbəbindən 2,5-3 faiz geriləyib və 60 milyard funt-sterlinq (73,8 milyard dollar) vəsait itirib.

Bu rəqəmlər Maliyyə Tədqiqatları İnstitutunun (IFC) məruzəsində yer alıb.

Tədqiqatın proqnozlarına əsasən, Britaniya hökumətinin Brexit prosesini Brüssellə əməkdaşlıq barədə sazişsiz həyata keçirmə planları milli borcun 50 illik maksimuma yüksəlməsinə və iki dəfə artaraq 100 milyard funt-sterlinqə (123 milyard dollar) çatmasına gətirib çıxara bilər.

Məruzə müəlliflərindən biri, iqtisadçı Kristian Şuls Brexit prosesi ilə bağlı Britaniya biznesinə investisiyaların 20 faiz azaldığını vurğulayıb. Onun sözlərinə görə, Böyük Britaniyanın Avropa İttifaqının tərkibində qalması iqtisadi artım üçün ən yaxşı ssenari ola bilərdi.

Xatırladaq ki, 2016-cı ilin iyununda keçirilən Brexit üzrə referendumun gedişində Böyük Britaniya vətəndaşlarının 51,9 faizi ölkənin Avropa ittifaqının tərkibindən çixmasına səs vermişdi. Birləşmiş Krallıq Brexit qərarı ilə bağlı rəsmi bildiriş göndəriləndən iki il sonra – 2019-cu il martın 29-da Avropa İttifaqını tərk etməli idi. Lakin Britaniya parlamentinin İcmalar palatasının deputatları Brüssellə Boris Consonun sələfi Tereza Mey arasında əldə olunan Brexit şərtləri barədə saziş layihəsini üç dəfə rədd ediblər. Nəticədə Avropa İttifaqı Brexit prosesini əvvəlcə aprel və ya may aylarına, sonra isə oktyabrın 31-nə təxirə salmağa razılıq verib, Tereza Mey vəziyyəti dalandan çıxara bilməyərək istefa vermək məcburiyyətində qalıb. Onun yerini isə Brexit prosesinin yenidən təxirə salınmasına yol verməyəcəyini və Brüsselin Londonun tələbi ilə razılaşmayacağı təqdirdə ölkəsinin Avropa İttifaqını sazişsiz tərk edəcəyini vəd edən Boris Conson tutub. (Azertag.az)

Paylaş »
››› Əli Həsənov: “Yaratdığımız bu diskomforta görə üzr istəyirəm”
››› Baş nazirin müavinləri təqaüdə göndərildi
››› Bakıda keçirilən aksiyada fəallıq göstərən qadın polis məşhur idmançıdır -Foto
››› Sabah bəzi ərazilərdə qaz olmayacaq
››› Aşıq Əlidən Elnarəyə cavab: "Heç kim mənə “qələt edirsən” deyə bilməz" - Video
Son xəbərlər
Bütün xəbərlər »