Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Politoloq: “Türkiyə öz dönməz mövqeyini ortaya qoydu və dünya bununla hesablaşacaq”

Türkiyə növbəti böyük sınaq qarşısındadır.

O bu gün ya ərazi bütövlüyünü təmin etmək üçün mübarizə etməli ya da böyük dövlətlərin təzyiq aləti kimi istifadə etdiyi terror qruplaşmasının şərtlərini qəbul etməlidir. Türkiyə ölkənin şərq sərhədlərində təkbaşına mübarizə aparır. Əslində terrorçu qüvvələrlə. Reallıqda isə onları dəstəkləyən gizli düşmənləri ilə. ABŞ və Avropadan olan müttəfiqlər hərbi əməliyyatlarda iştirak etməyəcəklərini gizlətməyiblər.

Bizimyol.info xəbər verir ki, sentyabrın 18-də Rəcəb Tayyib Ərdoğan İstanbulda Rusiya və İran prezidentləri ilə görüş zamanı bildirmişdi ki, Suriyada təhlükəsizlik bölgəsinin qurulması üçün ABŞ-la apardıqları danışıqlar iki həftə ərzində nəticə verməsə, öz hərəkət planları işə düşəcək.

Qeyd edək ki, 2016-cı ildə “Fərat qalxan” adlanın antitteror əməliyyatı zamanı Türkiyənin xüsusi təyinatlı qüvvələri ABŞ-ın yardımı ilə Suriyanın Cerablusu İŞİD qüvvələrindən azad etdi.

2018-ci ildə “Zeytun budağı” adlı ikinic əməliyyatla Afrin PKK/YPG-PYD və İŞİD qüvvələrindən təmizləndi. İndi Türkiyə indi Fərat çayının şərqinin terrorçulardan təmizlənməsi əməliyyatı nəticəsində Suriya –Türkiyə sərhədi boyu 30 km-lik təhlükəsiz bölgənin yaradılmasını istəyir. Bu məsələlər öz arxasınca hansı problemləri çəkib gətirəcək, bunu zaman göstərəcək. Lakin ilk görünən odur ki, hələlik Türkiyə öz sərhədlərini qorumaq üçün kiminsə icazəsini istəmir. Politoloq Fikrət Sadıxov Bizimyol.info saytına verdiyi açıqlamada bildirib ki, Türkiyənin bu addımı bir başa rəsmi Ankaranın prinsipial və qəti mövqeyi ilə bağlıdır:

Fikrət Sadıxov Fikrət Sadıxov

“Ərdoğan ölkənin sərhədlərinin təhlükəsizliyinin hərb yolu ilə təmin ediləcəyini bundan öncə də elan etmişdi və bunu İran, ABŞ, Rusiya rəhbərliyi bilirdi. Türkiyə tərəfi dəfələrlə müxtəlif beynəlxalq arenalardan bu barədə bəyanat verib. Türkiyə prezidenti üçtərəfli görüş zamanı açıq şəkildə bəyan etdi ki, Suriyanın Türkiyə ilə sərhəd bölgələrinə nəzarət Türkiyənin əlində olacaq. Çünki Türkiyəyə milyonlarla qaçqın axını, həmçinin nəzarətsiz bölgələrdən terrorçuların asanlıqla daxil olması onları narahat edir və buna son qoymaq lazım idi. Suriya indi elə bir ərazidir ki, orda yalnız bir hökumət nəzarəti əldə saxlaya bilməz. Əgər ABŞ və Rusiya əməli şəkildə etiraz etmirsə deməli nəticə Türkiyənin maraqlarına cavab verəcək. Mənə belə gəlir ki, bu üçlük arasında hansısa bir razılaşama əldə edilmişdir”.

Qeyd edək ki, oktyabrın 6-da Rəcəb Tayyib Ərdoğanın ABŞ prezidenti Donald Trampla telefon danışığından sonra Fərat çayının şərqinin terrorçulardan təmizlənməsi əməliyyatına xeyir- dua alsa da Tramp növbəti qeyri adekvat addımı atmaqla təəccübləndirməyi bacarıb. O öz sosial şəbəkə hesabında “Türkiyə Suriyanın şimalında sərhədlərini keçən bir şey edərsə, daha əvvəl də etdiyim kimi iqtisadiyyatını tamamilə yox edib ortadan qaldıraram. ABŞ İŞİD-in 100 faiz məğlub edilməsi daxil olmaqla, gözləniləndən artığını edib. İndi də digərlərinin öz bölgələrini qorumaq zamanı gəlib çatdı” yazıb. Türkiyənin vitse-prezidenti Fuad Oktay isə buna cavab olaraq “Türkiyə təhdidlərlə hərəkət edəcək ölkə deyil”- deyə bəyan edib.

İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »