Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
"Şəffaf mühasibatlıq olmadığından sığorta şirkətləri "Binə" və "Sədərək"i sığortalamır"
sigorta sosial  Pul Manat

Bu gün gecə saatlarında “Binə” ticarət mərkəzində yanğında 4 nəfər tüstüdən boğulub, sahibkarlara böyük zərər dəyib.

İri ticarət mərkəzlərində baş verən yanğından sonra onların sığorta məsələsi gündəmə gəlir.

Məsələ ilə bağlı sığorta məsələləri üzrə ekspert İlkin İbrahimov Bizimyol.info-ya bildirib ki, icbari sığortalar haqqında qanuna əsasən ölkədə daşınmaz əmlakın icbari sığortası məcburidir: "Yəni daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı olan şəxslər və yeni tikililərdə müqavilə ilə evi olan vətəndaşlar, hər hansı qanuni dövlət sənədi təqdim etməklə öz əmlakını sığortalamış (şəhadətnamə ilə təsdiqlənmiş) hesab olunurlar. Beləliklə ümumiləşdirərək demək olar ki, həm hüquqi, həm də fiziki şəxslərə məxsus daşınmaz əmlaklar hər il sığortalanmalıdır".

İlkin İbrahimov

Ekspert deyib ki, sığorta etməyənləri isə fiziki şəxsləri yerli icra hakimiyyətinin yerli qurumları (rayon icra hakimiyyəti, kəndlərdə kənd icra nümayəndələri) hüquqi şəxslərin daşınmaz əmlakının icbari sığortasına nəzarəti isə FHN və onun yerlərdəki qurumları tənbeh etmə səlahiyyətinə malikdirlər: "Konkret olaraq İnzibati Xətalar Məcəlləsində cərimə nəzərdə tutulub. Fiziki şəxslərə münasibətdə yerli icra hakimiyyəti və onun nümayəndələri vətəndaşlara humanist davranaraq bu cərimələri həyata keçirməmişlər. Düzdür humanizm prinsipinə uyğun bu yaxşı haldır, lakin sabah sığorta hadisəsi olan zaman belə hallar dövlətə ziyanın dövlət büdcəsi hesabından qarşılanması problemini ortaya çıxarır. Hüquqi şəcslərin daşınmaz əmlaklarının sığortalanması məsələsi bir qədər daha ürəkaçandır. Çünki FHN və onun yerlərdəki qurumları belə hallara nəzarət edir və çalışırlar ki, sığortalanma daha çox olsun.

Daşınar əmlakın sığortası isə könüllü olduğundan bu məsələ bir qədər fərqlidir. Daşınmaz əmlak yerə bitişik döşəmə, tavan, divarlar və.s. başa düşülür.

Daşınar əmlak isə daşınması mümkün olan əşyalar nəzərdə tutulur".

Ekspert İlkin İbrahimov deyib ki, daşınar əşyalar satış məqsədilə qeydiyyata alınıb sığortalanırsa burada bir çox problemlər ortaya çıxır: "Sığorta şirkəti satılan malın qiymətini müəyyən edib ona görə risk hesablamalı və qiymət deməlidir. "Binə" bazarında isə şəffaf mühasibatlıq olmadığından heç bir sığorta şirkəti həmin obyektləri sığortalamaq istəmir. Əvvəllər bir sığorta şirkəti heç olmasa Daşınmaz əmlakları icbari sığortalayırdılar. Sonradan o şirkət də "Binə", "Sədərək" və.s. kimi yanğın riski yüksək olan obyektləri sığortalamaqdan çəkindilər.

Məsələnin həll yolu rəhbərliyin Maliyyə Bazarlarına Nəzarət Palatasına müraciəti ilə ola bilər. Çünki həmin ərazinin dövlət sənədi olduğundan sığorta şirkətləri icbari sığortadan imtina edə bilməz. Digər tərəfdən FHN də orada yanğın təhlükəsizliyini daha gücləndirməlidir".

Ramid İbrahimov

Paylaş »
››› Piyadanı öldürən Araz Abdullayev indi də avtoşluq edir – Video
››› Əli Kərimlinin mühafizəçisinin səs yazısı yayıldı - Video
››› Tərcüməçinin Trampın çıxışına verdiyi reaksiya hər kəsi təəccübləndirdi - Video
››› İcbari tibbi sığorta tətbiq edildikdən sonra hansı xidmətlər ödənişli, hansı xidmətlər ödənişsiz olacaq? – Agentlik cavablayır
››› Ölmüş bilinən qız 29 il sonra oğlan olaraq döndü
Son xəbərlər
Bütün xəbərlər »