Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
“Bir gecə ansızın gələ bilərik” dedilər və etdilər - Türk qoşunları Menbicdə əməliyyatlara başladı
turk-ordusu

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu yaxınlarda Serbiya ziyarəti zamanı dünya güclərinə ciddi mesaj verdi: “Bir gecə ansızın gələ bilərik. Terror təşkilatlarının ölkəmizə qarşı təhdidlərini qəbul etmirik və bunun cavabını qəti şəkildə verəcəyik”.

Dünəndən etibarən Türk zirehli qoşunları Cirablusdan sərhəd xəttini keçərək Suriyanın şimalına giriş edib.

Bizimyol.info Türkiyə mediasına istinadən xəbər verir ki,Suriyanın şimal bölgəsində hərbi əməliyyatlarda hərəkətlilik meydana gəlib. Türk ordusunun qoşun hissələri Cerablusdan Minbicə doğru hərəkət edir. Türk Hava Qüvvələri İraq- Suriya sərhədində kəşfiyyat uşuşları həyata keçirir.

Türkiyə aviasiyası “Suriya demokratik qüvvələri”nin (SDF) Suriyanın Haseke əyalətindəki ərəb-kürd bölmələrinin bazasına zərbələr endirib. Türkiyə aviasiyası gün ərzində sərhəd ərazisi üzərində intensiv uçuşlar edib və yalnız axşam SDF qərargahına hücuma keçib. Türkiyə aviasiyasının uçuşu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Ankarada kürd terror birləşmələrinə qarşı hərbi əməliyyatın başlaması ilə bağlı verdiyi açıqlamalar fonunda edilib.

Türkiyə Müdafiə Nazirliyinin bu sabah yaydığı bəyanatda deyilir:

Türk əsgəri vətənin bütövlüyünə, dövlətə təhdid və təhlükə yaradan terror təşkilatlarına qarşı millətin sevgisi, güvəni və duasından aldığı güclə “Ölsəm şəhit, qalsam qazi” anlayışı ilə mübarizəyə hazırdır.

İlhamə Rəsulova

Paylaş »
››› Bakıda sürücülərə tələ quran polislərin kimliyi açıqlandı - Video
››› Nazir və xanımı maaşını Türkiyədə zəlzələdən ziyan çəkənlərə köçürdü
››› Gündə 10 min dollar qazanan məktəbli: təzə imarət alıb - Fotolar
››› Çində təhsil alan azərbaycanlı tələbə: "Doğmalarımı yoluxdurmamaq üçün..."
››› Hələ belə biabırçı təşviqat kampaniyası görməmisiniz - Video

Deputatlığa namizədlərin nəzərinə!

Milli Məclisə seçkilərdə təbliğat-təşviqat kampaniyası artıq başlayıb. Bizim Yol olaraq bildirmək istəyirik ki, biz namizədlərlə yalnız rəsmi müqavilə əsasında əməkdaşlıq edə, onların təbliğat-təşviqat kampaniyasında iştirak edərək dəstək verə bilərik. Bütün layiqli namizədlərə uğurlar arzulayırıq!

Son xəbərlər
Bütün xəbərlər »