Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Mən sənin üçün itəm, ya nəyəm?!” deyən məmur işdən çıxarıldı - Video

Qazaxıstanda sosial şəbəkələrdə Almatı rayon polis şöbəsinin rəis müavini Baurjan Asaupun qalmaqallı səs yazısı yayılıb.

24 iyulda qeydə alınan səs yazısında məmurun tabeçiliyində olan işçini kobud şəkildə tənqid etdiyi eşidilir. Belə ki, o, əmrini pozan həmkarlarının davranışından son dərəcə narazı olduğunu dilə gətirir: “Niyə hamısını işdən qovdun ?! Niyə məndən soruşmadın ?! Mən sənin üçün itəm, ya nəyəm?! Niyə mənim təlimatlarıma düzgün riayət etmirsən?”.

Qazaxıstan Daxili İşlər Nazirliyi hadisəni şərh edərək, bu faktla bağlı rəsmi araşdırma aparıldığını və Asaupun məmurlar üçün etik davranış qaydalarını pozduğunu, buna görə də onun vəzifəsindən uzaqlaşdırılması barədə qərar verildiyini açıqlayıb. (Qafqazinfo.az)

Son xəbərlər
Bütün xəbərlər »