Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Trampdan Ərdoğana xəbərdarlıq

ABŞ Prezidenti Donald Tramp Türkiyəyə ABŞ hərbçilərinə və ya onun müttəfiqlərinə zərbə endirməkdən çəkinməklə bağlı xəbərdarlıq edib və bunun qəbuledilməz olduğunu qeyd edib.

Bu barədə TASS yazıb.

Trampın sözlərinə görə, Türkiyənin əməliyyata başlayacağı rayonda ABŞ-ın 50 hərbi qulluqçusu olub.

“Ərdoğanla söhbət zamanı böyük problemlərdən qaçmaq adına onu bizimkilərdən kiməsə zərər vurmamağa çağırdım”, - Tramp bildirib.

Qeyd edək ki, bu, Trampın ötən gündən bəri Türkiyə ilə bağlı 3-cü xəbərdarlığı kimi tirajlanıb. Belə ki, ilk olaraq ABŞ liderinin əməliyyat üçün razılaşdırılan sərhədləri keçəcəyi və İŞİD-çiləri saxlamayacağı halda Türkiyə iqtisadiyyatını dağıdacağını bildirdiyi yayıldı. Bunun ardınca isə Tramp “ABŞ əsgərlərini evə qaytarmaq üçün seçildim” (Suriyadan çıxmaq anlamında – red.) açıqlamasını verərək. bunları əlavə etdi: “Prezident Ərdoğana “İŞİD-çilərə görə siz məsuliyyət daşıyırsınız” dedim. Suriyada heç kimin tərəfini tutmuram. Ərdoğan ilə yaxşı əlaqələrimiz var”. (Axar.az)

Son xəbərlər
Bütün xəbərlər »