Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qaçqınlar üzrə Ali Komissardan xəbərdarlıq

Dünyada milyonlarla insan öz hüquqlarından məhrum edilir. Bunun əsas səbəbi vətəndaşsızlıq hallarına qarşı mübarizədə son dövrdə əldə edilmiş irəliləyişlərin millətçiliyin zərərli formalarının artması nəticəsində təhlükə altında olmasıdır.

Bizmyol.info xəbər verir ki, bu barədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Filippo Qrandinin xəbərdarlığında bildirilib.

“Vətəndaşsızlıq hallarına qarşı tədbirlər görən ölkələrin sayının artması o deməkdir ki, beynəlxalq birlik vətəndaşsızlıq hallarının kökünün həmişəlik kəsilməsinə yönələn səylərində həlledici məqama yaxınlaşmaqdadır”.

O bildirib ki, hələ beş il bundan öncə ictimaiyyətin vətəndaşsızlıq və onun zərərli nəticələri barədə bilgiləri çox az idi.

F.Qrandi indi vəziyyətin dəyişdiyini bildirib. Qeyd edib ki, vətəndaşsızlıq hallarına son qoyulması perspektivi heç vaxt bugünkü qədər yaxın olmayıb.

“Amma hələ bu məsələdə inkişafın təmin edilməsindən danışmaq tezdir. Millətçiliyin zərərli formaları və qaçqınlar, eləcə də, miqrantlar əleyhinə münasibətlərə manipulyasiya edilməsi beynəlxalq səviyyədə cərəyan edən, inkişafın qarşısını alan güclü amillərdir”. (oxu.az)

Paylaş »
››› Avqustda bürcləri nə gözləyir...
››› Eldar Həsənovun vəkilləri Prezidentə müraciət etdi: “170 dəfədən çox yıxılıb”
››› Parlamentdə “şellən, amma ilişmə” prinsipi
››› Milli Məclis polisi döyən deputata görə növbədənkənar toplanır
››› Baş prokuror deputatın toxunulmazlığının ləğvi üçün Milli Məclisə təqdimat göndərib
››› "Qarabağ"ın pley-off mərhələsindəki potensial rəqiblərinin sayı azalıb
››› Prezidentin tapşırığına əsasən Azərbaycan Türkiyəyə yardım göndərib
Son xəbərlər
Bütün xəbərlər »