Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Erməni idmançı türkiyəli rəqibini boğaraq öldürmək istədi - Video

Erməni idmançı Rafael Abrahamyan MMA döyüşündə türk rəqibi Batuhan Akdumanı boğaraq öldürmək istəyib.

Bizimyol.info xəbər verir ki, Rusiyanın Samara şəhərində keçirilən GFC-18 turnirində Rusiyanı təmsil edən erməni Rafael Abrahamyanla türkiyəli Batuhan Akduman üz-üzə gəlib.

Videodan göründüyü kimi, erməni idmançı türk rəqibini boğma fəndi ilə məğlub edir. Rəqib əl işarəsilə təslim olduğunu bildirsə də, erməni idmançı onun boğazını buraxmayıb.

Görüşün hakimi hətta onları ayırmağa çalışsa da, erməni idmançı rəqibini boğmaqda davam edib. Nəticədə, Batuhan Akduman huşunu itirib. Onun köməyinə həkimlər gəlib. Yalnız həkimlərin müdaxiləsindən sonra türk idmançını özünə gətirmək mümkün olub.

Paylaş »
››› Türkiyəyə kimlər od vurdu: Hədəf Ərdoğandır, yoxsa dövlətin özü...
››› Avqust ayı üçün maliyyə qoroskopu
››› Türkiyə Yunanıstana nota verdi
››› Azərbaycan Rusiyaya nota verib
››› Deputat Eldəniz Səlimov: "Səhv etmişəm, üzr istəyirəm"
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› PKK-ya bağlı olan terror təşkilatı: “Türkiyədə yanğınları biz törətmişik”
Son xəbərlər
Bütün xəbərlər »