Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Güclü külək Bakıda 12 ağacı aşırıb

“Paytaxtın iki ərazisində Səbail və Nizami rayonlarında güclü külək nəticəsində ağac maşınların üstünə aşıb”.

Bu barədə Bizimyol.info-ya Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin Mühafizəsi Şöbəsinin rəisi Orxan Məmmədov məlumat verib.

Onun dediyinə görə, aşan ağaclar sağlam ağaclar olub, hadisə nəticəsində heç kim xəsarət almayıb:

“Nərimanov, Yasamal, Səbail, Nəsimi, Binəqədi, Xətai və Nizami rayonlarında 20-dən çox ağacın budaqları sınıb.Ümumilikdə səhərdən əsən güclü külək paytaxtda 12 ağacı aşırıb”,- deyə idarə rəisi qeyd edib.

İlhamə Rəsulova

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »