Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Bakcell"in jurnalistlər üçün növbəti təlimi

"Bakcell" şirkəti jurnalistlər üçün növbəti təlim keçirib.

Bizimyol.info xəbər verir ki, ölkənin ilk mobil operatoru olan Bakcell şirkəti jurnalistlər üçün iki günlük təlim keçirib. 4-5 oktyabr tarixində keçirilən təlim "Mobil telekommunikasiya sənayesində son həllər və yeniliklər" mövzusunda olub.

Təlimin ilk günündə şirkətin Məhsulların İdarə Edilməsi Departamentinin rəhbəri Cəlil Xəlilov çıxış edib. O, çıxışında telekom sahəsində "Big data”: Tətbiqlər və son tendensiyalar" barədə ətraflı məlumat verib.

Cəlil Xəlilov bildirib ki, "Big data" böyük məlumat toplusu deməkdir: "Artıq rəqəmsal dövrdə yaşayırıq. Hər kəsin əlində 2-3 mobil telefon var, eləcə də hər kəs sabit internet xətti ilə təmin olunur. Demək olar, hər kəs rəqəmsal xidmətlər, sosial şəbəkələrdən istifadə edir. Bu o deməkdir ki, hazırkı dövrümüz böyük məlumat toplusuna malikdir. 10-20 il sonra bu həcm dəfələrlə böyük olacaq. Həmçinin heç kəs istəmir ki, əldə etdiyi məlumatlar yanlış olsun. Çünk biz məlumatlara böyük dəyər veririk.

"Big data" xüsusi texnologiyalar vasitəsilə sürətlə və uyğun zamanda, fasiləsiz şəkildə təhlillər və analizlər üçün ona verilən böyük həcmli məlumatlar toplusudur. Bura həm məlumatların özü, həm məlumatın emalı, həm məlumatların haradasa yerləşdirirlməsi, həm də məlumatın təhlili və məlumat üçün istifadə olunan resurslar aiddir.

ABŞ-ın aksiya bazarlarında gündəlik əməliyyatların sayı 7 milyarda çatır. O cümlədən, təyyarə uçuşları həyata keçirilir. Bir uçuşda kompüterlə idarə olunan texniki məlumatların həcmi 10 terebayta yaxınlaşır. 10 terebayt 10 min geqabayt və yaxud da 100 min MB deməkdir. Sosial şəbəkələrdəki gündəlik ismarıcların sayı həddən artıq çoxdur. Çünki bütün dünya bu tipli servislərdən istifadə edir. Bu o deməkdir ki, 6, 7 və 8 rəqəmli əməliyyətların sayı hardasa emal olunmalıdır və saxlanılmalıdır. Son iki ildə dünyada yaradılmış məlumatların sayı bütün dövr ərzində olan məlumatların nisbəti 90 faizdir. Bu çox böyük rəqəmlərdir".

Təlimi "Mobil şəbəkənin inkişafı" mövzusunda "Bakcell"in Şəbəkə problemlərinin araşdırılması və dəstək xidmətinin rəhbəri Oruc Sadıqov davam etdirib. O bildirib ki, "Bakcell" daha yüksək sürətli mobil internet xidmətini təqdim etməklə yanaşı, müştəri məmnuniyyətini təmin etmək, əhatə dairəsini genişləndirmək və şəbəkə keyfiyyətini artırmaq istiqamətində də işləri davam etdirir:

"Müştərilərimiz ultra-sürətli LTE-A (LTE-Advanced) şəbəkəsi üzərindən 225 Mbps sürəti təcrübə edə bilərlər. Buna şəbəkəni LTE-nin təkminləşdirilmiş variantı olan "LTE-Advanced" tezlik daşıyıcılarının birləşməsi (Carrier Aggregation) texnologiyası vasitəsilə təkmilləşdirməklə nail olunub. "Bakcell" tezlik daşıyıcılarının birləşməsi texnologiyalarından istifadə edərək dünya üzrə Kateqoriya 6 "LTE-Advanced" xidmətlərini göstərən 73 şəbəkədən (ümumilikdə 422 şəbəkədən) biri olması ilə qürur duyur".

Oruc Sadıqov daha sonra LTE-Advancedin üstünlüklərindən də danışıb. O, şəbəkə operatorları üçün yüksək şəbəkə ötürücülüyü, aşağı gecikmə göstəricisi, qoş və işlət quruluşu, istismar xərcinin az olması, AII-IP şəbəkə, 3G şəbəkələrinin 4G-yə sadə təkmilləşdirməsi; Son istifadəçilər üçün məlumatların sürətli yüklənməsi, təkmilləşdirilmiş tətbiqlər və mobil proqramlar, xidmətçərdən daha rahat istifadəsi haqqında ətraflı məlumat verib. Şirkət rəsmisinin sözlərinə görə, "Bakcell" 4G mobil mobil şəbəkə sahəsində liderlik edir:

"8500-dən çox baza stansiya 99 faiz əhalini, 93 faiz coğrafi ərazini əhatə edir (işğal olunmuş ərazilər istisna olmaqla). 2019-cu il ərzində 138 yeni 3G texnologiyalı baza stansiya, eyni zamanda 1024 yeni 4G texnologiyalı baza stansiya istifadəyə verilib".

Tədbiri daha sonra "Tədbirlər və şəbəkənin hazırlığı" mövzusunda "Bakcell" nümayəndəsi Nahid Şükürov davam etdirib. O, mobil rabitə şəbəkəsində hazırlıq, radio rabitə şəbəkəsinin təhlili, istismar qrupları və baza stansiyalar, eləcə də mobil baza stansiyalari mövusunda ətraflı məlumat verib.

"Bakcell"in Müştəri xidmətləri və rəqəmsal kanalların idarə edilməsi departamentinin nümayəndəsi Elşən Soltanov müştəri xidmətləri ilə xidmət keyfiyyətinin göstəricisi ilə bağlı geniş məruzə ilə çıxış edib.

Təlimçilərin sözlərinə görə, bu gün 2700-dən çox 4G texnologiyalı baza stansiyası sayəsində Bakcell şirkəti əhatə dairəsi və şəbəkə tutumu baxımından ölkədə ən böyük 4G şəbəkəsinə malikdir və Azərbaycanın bütün regionlarının mərkəz hissələrini (Naxçıvan Muxtar Respublikası və işğal olunmuş ərazilər istisna olmaqla) və ölkə əhalisinin 91%-ni əhatə edir. Azərbaycanda 4G xidmətinin ilk kommersiya istifadəsini istifadəçilərin ixtiyarına vermiş Bakcell, həmçinin Bakı metrosunda 4G şəbəkəsini quraşdıran ilk mobil operatordur. Qeyd olunub ki, 2019-cu ilin may ayından indiyə kimi - cəmi 4 ay ərzində Bakcell 1000-dən çox 4.5G texnologiya ilə təchiz olunmuş LTE baza stansiyası quraşdırıb. Bu cür unikal layihə Azərbaycanda və hətta bütün regionda ilk dəfə həyata keçirilir

Qeyd edək ki, interaktiv şəkildə keçirilən təlim çərçivəsində jurnalistləri maraqlandıran bir sıra suallar da təlimçilər tərəfindən cavablandırılıb.

Aləmdə Nəsib

Bizimyol.info

 

Paylaş »
››› Avqustda bürcləri nə gözləyir...
››› Eldar Həsənovun vəkilləri Prezidentə müraciət etdi: “170 dəfədən çox yıxılıb”
››› Parlamentdə “şellən, amma ilişmə” prinsipi
››› Baş prokuror deputatın toxunulmazlığının ləğvi üçün Milli Məclisə təqdimat göndərib
››› Bakıda güclü yanğın başladı - Video
››› "Qarabağ"ın pley-off mərhələsindəki potensial rəqiblərinin sayı azalıb
››› Antalyada yanğınlar məhəllələrə də keçib
Son xəbərlər
Bütün xəbərlər »