Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya aviasiyası azərbaycanlı yaraqlıların da olduğu bazanı vurub - Foto

Rusiya və Suriya aviasiyası ötən gün oktyabrın 6-da Suriyanın şimalında “Hurras əd-Din” qruplaşmasının yaraqlılarının iki bazasına zərbələr endirib.

Bizimyol.info xəbər verir ki, Al-Masdar News nəşrinə istinadla xəbər verir ki, obyekt İdlib əyalətində, Aqher və Ballisa yaşayış məntəqələrində yerləşirdi.

Hava zərbələri nəticəsində yaraqlıların bazaları tamamilə məhv edilib. 30-dan çox yaraqlı öldürülüb. Onların hamısı xarici ölkə vətəndaşları olan cihadçılardır. Belə ki, qruplaşma üzvləri Rusiyanın Şimali Qafqazından, habelə Azərbaycandan və Gürcüstandan olanlardır.

Hərbi mənbə bildirib ki, zərbələrdən əvvəl bazalar bir neçə gün ərzində detallı şəkildə öyrənilib. Aviahücum yaraqlıların komandirlərinin müşavirəyə cəmləşdiyi məqamda həyata keçirilib.

“Hurras əd-Din” qruplaşması İdlibin şərq hissəsində Bəşər Əsəd qüvvələrinə qarşı irimiqyaslı hücuma başlamağa hazırlaşırdı. İndi qruplaşmanın komandirləri məhv edildyi üçün bu planların pozulduğu təxmin edilir. Bildirilir ki, İdlib bölgəsində Türkiyənin dəstəklədiyi yaraqlıların qüvvələrinin çoxu yaxın günlərdə Ankaranın kürdlərə qarşı başlatmağa hazırlaşdığı növbəti transsərhəd əməliyyatına qatılacaq. Nəticədə Bəşər Əsəd qüvvələri üçün həmin bölgədə əlverişli hücum imkanı yaranıb. (virtualaz.org)

Paylaş »
››› “Polkovnikin intiharından xəbərimiz yoxdur” - Orduda nə baş verir...
››› Toxunulmazlığı ləğv olunan Eldəniz Səlimov barədə maraqlı faktlar üzə çıxdı
››› Tahir Kərimliyə həmkarından sərt cavab gəldi
››› "Səs yazısını dinləsəniz, əmin olacaqsınız ki, başqa hadisəylə rastlaşmışıq"
››› Milli Məclisdə toqquşma: "Polisin yiyəsi var, deputatın yiyəsi yoxdur?"
››› Milli Məclisdə “kədərli” anlar…
››› Spikerdən... “yüksək pilotaj”
Son xəbərlər
Bütün xəbərlər »