Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Bakıda su çənləri yığışdırılır - Qulağı kəsib sonra sayanlar nə eləməyə çalışırlar? - Foto
trend_bak_070119_03

Bakının bir çox rayonlarında çoxmərtəbəli binaların üstündə quraşdırılmış su çənləri yığışdırırlır.

Əldə etdiyimiz məlumata görə, bu damların yenidən qurulması ilə bağlı tapşırığın yerinə yetirilməsi ilə əlaqədardır. Lakin bu vəziyyət sakinlrəin narazılığıan səbəb olub.

“İki gündür Xətai rayonunda evlərin damındakı su çənlərini yığışdırırlar. Yaxşı, başa düşdüm. İndi ayılmısınız ki, bunlar evə ağırlıq edir. Bəs pulumuzla aldığımız suyu niyə 12 də kəsirsiniz? Bəlkə mən saat 1 də yuyunmaq istəyirəm, ya nəsə işim var? Bu çənləri də yığdınız. Bütün gördükləri iş insanları çərlətmək üçün hesablanıb”- deyə Bizimyol.infoya gələn şikayətlərdən birində yazılır.

Digər izləyicimiz Tamara Qarayeva yazır. “Yayda bir necə gün suyumuz tamamilə kəsilib. Təbii ki, su cəninə də icazə verilmir. “Azərsu”ya zəng vurub səbəbini arasdırırıq. Operator bildirir ki, heç bir qəza qeydə alınmayıb. Suyun nə üçün verilmədiyini deyə bilmir. "Siz də su ehtiyatı toplayın. Çən filan qoyun"-deyə bizə məsləhət verir. "Bəs axı çənlərə icazə verilmir" deyəndə, "çox da böyük olmasın da" cavabını aldıq.

Məlum məsələdir ki, Bakıda bütün ərazilərə su fasiləsiz verilmir. Çənləri yığışdırıb sonra əhalini su problem ilə üz- üzə qoyanda hamı üz tutacaq “Azərsu”ya. “Azərsu” ASC-nin mətbuat katibi Anar

Cəbrayıllı Bizimyol.info saytına bildirib ki, bu problemi onlar yaratmırlar.

“Siz icra hakimiyyətlərindən soruşun. Biz hara qədər imkan çatır, o qədər əraziyə 24 saat su verə bilirik. Başqa şəkildə hələlik imkan yoxdur. Çənlərin yığışdırılması bizimlə bağlı deyil”.

Mənzillərin içində kiçik su çənləri qoymaqla problemdən az – çox çıxış yolu tapmaq olur və əhali uzun illərdir bu yolla suya olan tələbatını təmin edir. Amma mənzildaxili çənlərin də daşıb aşağı mərtəmələrdəki qonşuları selə suya qərq etmək kimi özəlliyi var. Həm axı bu çənləri o damların başına qoyan insanlar moda xatirinə etməmişdilər, bunun üçün kran çağırıb 100 manat krana, 50 manat fəhləyə, ən az 300 manat da çənə pul vermişdilər.

Bizdə adətdir. Əvvəl yolu salıb, sonra söküb kanalizasiya xətti çəkirik. Çəni söküb, sonra su probleminin həllinə çarə axtaracağıq. Necə deyərlər əvvəl qulağı kəsib , sonra saymaq siyasəti.

İlhamə Rəsulova

Bizimyol.info

Su çeni - Bak

Paylaş »
››› Ərdoğan "Suriyaya döyüşə getmək istəyirəm" deyən çempionumuza cavab verdi - Video
››› Erməni batalyonu Türkiyə Ordusuna qarşı döyüşə yollandı
››› Azərbaycanlı məmur oğlunun Yunanıstanda 19 gündə 2 milyon avro xərclədiyi bildirilir
››› Rusların dəfn dərdi: Kənd camaatı meyitlərini baqajda, un kisəsində, ya da maşının banında daşıyır – Foto
››› Baltalanaraq öldürülən gəncin anası danışdı: "Təkidlə oğlumu Kiyevə çağırdı"
Son xəbərlər
Bütün xəbərlər »