Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Küçə ticarətçisinin yeşiklərini aşırıb meyvələri yola dağıdıblar - Video

Küçədə meyvə satan şəxs ona maddi ziyan vuran icra hakimiyyəti əməkdaşlarından şikayətçidir.

Bizimyol.info xəbər verir ki, məlumat verən şəxs bildirib ki, Hövsan qəsəbəsində küçədə meyvə satan zaman altı nəfər ona yaxınlaşaraq meyvə satmasına mane olub. Onlar özlərini Suraxanı Rayon İcra Hakimiyyətinin əməkdaşları kimi təqdim edərək burada meyvə-tərəvəz satılmasının qadağan olduğunu bildiriblər.

Qeyd etdiyimiz şəxslərdən biri sonradan idarə etdiyi 99-SD-897 qeydiyyat nişanlı “Mitsubishi Pajero” markalı avtomobillə həmin meyvə yeşiklərini vuraraq yola aşırıb. Nəticədə, satıcıya maddi ziyan dəyib.

Onlar meyvə yeşiklərini vurub aşırdıqdan sonra hadisə yerindən uzaqlaşıblar.(avtosfer.az)

Son xəbərlər
Bütün xəbərlər »