Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
İcra Hakimiyyəti əhaliyə güclü küləklə bağlı xəbərdarlıq etdi
2018-10-25_145243

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) paytaxtda müşahidə olunan küləklə bağlı əhaliyə xəbərdarlıq edib.

Bizimyol.info xəbər verir ki, BŞİH Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov  bildirib ki, hər il qeydə alınan güclü küləklər səbəbindən onlarla ağac aşır:

“Daha əvvəllər güclü külək nəticəsində qeydə alınan fəsadları nəzərə alaraq vətəndaşları diqqətli olmağa səsləyirik. Günün ikinci yarısından etibarən bir neçə saat ərzində Bakı və Abşeron yarımadasında şimal küləyinin sürəti 15-20, arabir 23-28, bəzi yerlərdə isə arabir 30-33 metr-saniyədək güclənəcəyi gözlənilir.

Vətəndaşlara ehtiyatlı olmağı, avtomobillərini ağacların altında park etməməyi tövsiyə edirik. Güclü külək nəinki qurumuş ağacları, eləcə də, sağlam ağacları aşıra bilər. Buna görə də yaxşı olar ki, sakinlər özləri də ağacların altında və yaxınlığında dayanmasınlar”.

Paylaş »
››› Piyadanı öldürən Araz Abdullayev indi də avtoşluq edir – Video
››› Əli Kərimlinin mühafizəçisinin səs yazısı yayıldı - Video
››› Tərcüməçinin Trampın çıxışına verdiyi reaksiya hər kəsi təəccübləndirdi - Video
››› İcbari tibbi sığorta tətbiq edildikdən sonra hansı xidmətlər ödənişli, hansı xidmətlər ödənişsiz olacaq? – Agentlik cavablayır
››› Sünnət toyunda əxlaqsız rəqsə görə rəqqasələrə və uşağın ailəsinə cinayət işi açıldı - Video
Son xəbərlər
Bütün xəbərlər »