Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Qeyri-adi özəl məktəb - Pul əvəzinə zibil tələb edirlər – Foto
Hinistan məktəb

Hindistanlı ailə Mazin Muxtar və xanımı Parvita Sarma Nyu-Yorkda təhsil alarkən tanış olublar. Onların arzusu vətənə dönüb burda kasıb uşaqlar üçün məktəb açmaq idi.

Bizimyol.info xəbr verir ki, arzularını yerinə yetirmək üçün isə qeyri- adi bir ideyanı reallaşdırdılar. Açdıqları özəl məktəbdə şagirdlər təhsil haqqını pulla deyil, tullantılarla, daha doğrusu plastik tullantılarla ödəyirlər. Bu həm ətraf mühitin qorunmasına və ekoloji problemləri həddən artıq olan Hgindistana fayda verir, həm uşaqların təbiəti sevməsinə yardım edir, həm də təhsil almalarına dəstək olur. Hazırda məktəbdə 110 şagird təhsil alır. Bu məktəb yaradılana qədər bir çox şagirdlər təhsil almaq üçün gündə 2,5 dollar qazanc müqabilində şaxtada işləməli olurdular. Məktəbdaxili qanunlara görə, şagirdlər toplanmış tullantıların seçilməsi və emalı prosesində də iştirak edərək buna görə əlavə maaş alırlar.

“Akşare” adlı məktəbdə riyaziyyat, ana dili və xarici dillər, humanitar fənlər tədris olunur. Həmçinin uşaqlara müxtəlif peşə təhsili də verilir. Hazırda məktəbin işinə valideynlər də məmnuniyyətlə kömək edirlər. Məktəb sahibləri uğurlarından ilhamlanaraq Hindistanın müxtəlif bölgələrində bu sistemlə çalışan məktəblər yaratmaq barədə düşünürlər.

Bizimyol.info

Hinistan məktəb Hinistan məktəb

Paylaş »
››› Nazirlik koronavirusla bağlı orta məktəblərə tapşırıq verdi
››› Ruslar bombaladı, amma Türkiyə ordusu geri çəkilmədi
››› Bir ayda 23 nəfərin öldüyü deyilən xəstəxanada etiraz - Video
››› Cənubi Azərbaycanda tibb bacısı işdə koronavirusdan həyatını itirdi - Foto
››› Ərdoğan Bakıya yola düşərkən koronavirusdan danışdı: “Tərəddüd göstərməyə haqqımız yoxdur”
Son xəbərlər
Bütün xəbərlər »