Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
NASA kosmonavtları BKS-da uğurlu əməliyyat keçirib

ABŞ Milli Aeronavtika və Kosmos İdarəsinin (NASA) kosmonavtları Kristina Kuk və Endryu Morqan, Cessika Meir bazar günü Beynəlxalq Kosmik Stansiyasında (BKS) uğurlu əməliyyat həyata keçirib. Belə ki, onlar kosmosda qurğuların batareyalarını dəyişiblər.

Bizimyol.info TASS-a istinadla xəbər verir ki, bu barədə NASA-nın saytında qeyd edilib.

Stansiyada batareyaların dəyişdirilməsi üçün əvvəlcədən 6 saat yarım planlaşdırılsa da, bu iş təxminən yeddi saat davam edib.

Kosmonavtlar saat 07:39-da işə başlayaraq köhnə hidrogen-nikel elementlərinin yerinə iki yeni litium-ion batareyası quraşdırıblar.

16, 21 və 25 oktyabr tarixlərində kosmosda analoji işlər davam etdiriləcəyi bildirilib.

Qeyd edək ki, hazırda adıçəkilən NASA kosmonavtları ilə yanaşı, Rus kosmonavtları - Aleksandr Skvortsov, Oleq Skripoçka, habelə Avropa Kosmik Agentliyinin nümayəndəsi Luka Parmitano (İtaliya) BKS-dədirlər.(apa)

Paylaş »
››› Türkiyəyə kimlər od vurdu: Hədəf Ərdoğandır, yoxsa dövlətin özü...
››› Avqust ayı üçün maliyyə qoroskopu
››› Kirayə bazarının vəziyyəti Operativ Qərargahın qərarından asılı olacaq
››› Avqustun 2-nə olan hava proqnozu
››› Türkiyə Yunanıstana nota verdi
››› Azərbaycan Rusiyaya nota verib
››› Deputat Eldəniz Səlimov: "Səhv etmişəm, üzr istəyirəm"
Son xəbərlər
Bütün xəbərlər »