Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Rafael Ağayev Moskvada qalib olub
rafael_283776

Azərbaycan karateçiləri Rafael Ağayev və İrina Zaretska Rusiyanın paytaxtı Moskvada keçirilən “Karate 1” Premyer Liqa turnirinin qalibi olublar.

75 kq çəkidə çıxış edən 34 yaşlı idmançı finalda Qazaxıstandan olan rəqibi Yermek Aynəzərovu məğlub edib. 68 kq çəkidə qadınların mübarizəsində İrina Zaretska isə finalda çinli rəqibo Qong Liyə qalib gəlib.

Qadınların mübarizəsində 50 kq çəkidə çıxış edən Nuranə Əliyeva Yaponiya təmsilçisi Endo Çinatsunu məğlub edərək yarışın bürünc mükafatçısı adına yiyələnib.

Qeyd edək ki, “Karate 1” Premyer Liqa turnirləri seriyasından mövsümün altıncı mərhələsində 85 ölkədən 642 karateçi yarışıb. (Trend.az)

Paylaş »
››› Ticarət mərkəzləri tam bağlanacaq
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Operativ Qərargahdan 190 manatlıq birdəfəlik ödəmə ilə bağlı yeni açıqlama
››› Marketlər və ticarət obyektlərinin iş saatı barədə rəsmi açıqlama
Son xəbərlər
Bütün xəbərlər »