Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Əkrəm İmamoğlu dirijorluq edib - Video

İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu Haliç Konqres Mərkəzində keçirilən 2019-2020-ci illər Mədəniyyət İncəsənət mövsümünün açılışına qatılıb.

İmamoğlunun açılış mərasimində çıxış edəndən sonra dirijorluq etməsi maraqla qarşılanıb.

Əkrəm İmamoğlu çıxışında qeyd edib ki, sənətə sərhəd qoyulmamalıdır:

"İdarə etdiyimiz İstanbulda sənət azad olacaq, bu şəhəri zənginləşdirməyə davam edəcək. Kaş səhnəyə sənətçi kimi çıxaraq alqışlanaydım, amma sənətçi deyiləm. Həqiqi sənətçiləri başımızın tacı edəcəyik".

Bələdiyyə sədrinin çıxışından sonra Şəhər Teatrlarının tamaşası nümayiş etdirilib. İmamoğlu tamaşadan sonra klassik musiqi orkestrində dirijorluq edərək "Lüks Həyat" operasını idarə edib. (Virtualaz.org)

Paylaş »
››› Bozdağın qoynunda gizlənmiş inci: Yeni turizm cənnəti - Fotolar
››› “Altı aydan sonra Qarabağda Ermənistan əsgəri qalmayacaq”
››› Türkiyədə yanğınlar, Yunanıstanda 46 dərəcə isti: Kəndlər evakuasiya olunur
››› 15 yaşlı qız atasını ürəyindən bıçaqladı
››› Rusiya ilə Baltikyanı ölkə arasında böhran dərinləşir
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› FHN gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
Son xəbərlər
Bütün xəbərlər »