Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İraqda etiraz aksiyaları zamanı ölənlərin sayı 113 nəfərə çatıb

İraqda oktyabrın 1-dən davam edən xalq etirazları nəticəsində ölənlərin sayı 113 nəfərə çatıb.

Bu barədə yerli VAİD informasiya agentliyini bildirib.

Tibbi mənbələrə istinadən yayılan xəbərdə qeyd edilir ki, aksiyalar zamanı 4100-dən çox insan xəsarət alıb.

Ölənlər arasında 13 nümayişçi də var. Onlar şənbə günü Bağdad, əl-Divaniyə və əl-Nasiriyə şəhərlərində keçirilən aksiyaların gedişatında həlak olublar. Aksiyalarda xəsarət alan 200 zərərçəkən ağır vəziyyətdə xəstəxanadadır.

Etirazçılar hökumətin istefasını, ölkədə yaşayış səviyyəsinin yaxşılaşdırılmasını, səhiyyə, təhsil və əmək bazarındakı problemlərin həlli edilməsini, korrupsiya ilə mübarizə aparılmasını tələb edirlər. (Report.az)

Paylaş »
››› Türkiyəyə kimlər od vurdu: Hədəf Ərdoğandır, yoxsa dövlətin özü...
››› Avqust ayı üçün maliyyə qoroskopu
››› Kirayə bazarının vəziyyəti Operativ Qərargahın qərarından asılı olacaq
››› Türkiyə Yunanıstana nota verdi
››› Azərbaycan Rusiyaya nota verib
››› Deputat Eldəniz Səlimov: "Səhv etmişəm, üzr istəyirəm"
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »