Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Honq Konqda qatarlar, banklar bağlanıb, etirazlar davam edir

Şənbə günü Konq Konqda bütün metro və qatar xidmətləri dayandırılıb, bankomatların önündə uzun növbələr yaranıb, mağazalar bağlanıb, insanlar yenidən yürüş keçirməyə başlayıb. Bundan bir gün öncə isə adada zoraıklıqlar baş verib. Ərazinin lideri isə həmin gecəni “çox qaranlıq bir gün”adlandırıb.

Nümayişçilər yürüşlərdə maskalara qoyulan yeni qadağaya məhəl qoymaraq yenidən maskalarda etiraz edib. Karri Lam isə televiziyada yayımlanan çıxışında Honq Konqun “yarı-iflic” vəziyyətdə və “daha öncə görülməmiş zorakılığın” astanasında olduğunu deyib.

Baş icraçı artan zorakılıqları yatırmaq üçün əlavə tədbirlərin görüləcəyini elan etməyib. Yeganə tədbir maskaların qadağan olunmasıdır ki, bu qayda gecə yarısı qüvvəyə minib.

Karri Lam hökümət tənqidçilərinin və nümayişçilərin pislədiyi bu qaydanın hüquqiliyini müdafiə edib və deyib “Mən nümayişçilərdən ibarət kiçik qrupun bunu məhv etməsinə icazə verə bilmərəm”.

"Hər kəs narahatdır və qorxur", o deyib.

Yüzlərlə nümayişçi üzlərinə maska, çətirlərin altında mərkəzi küçələrdə yürüş edərək “Honq Konq, müqavimət göstər” şüarları səsləndirib.

Hər gün dörd milyondan çox reys həyata keçirən bütöv MTR şəbəkəsi bağlanıb.

Gənclərin başçılıq etditi etirazlar nəticəsində beynəlxalq ticarət və maliyyə mərkəzi olan Honq Konq ərazi 1997-ci ildə Britaniya tərəfindən Çinə təhvril veriləndən bəri ən dərin böhrana daxil olub.

MTR-ın veb səhifəsində xidmətin dayandırılmasına səbəb olaraq işçilərin təhlükəsilziyi və təmirin aparılmasını səbəb göstərib.

Bir sıra oğurluq, polislə qarşıdurma, döyülmələr və qəsdən yandırılma hallarından sonra hökümət etirazçıların mövqelərini dəyişməyə çağırıb.

Hökümətin təhlükəsizlik katibi deyib ki, insanlar zorakılığı pisləməyərək, daha da şiddətlənməsinə səbəb olurlar.

Lakin hətta bir çox dinc etirazçı da deyir ki, gənc maskalı etirazçıların höküməti boyun əyməyə məcbur etməyin yeganə yolu zorakılıqdır. (Vitualaz.org)

Paylaş »
››› F-16 pilotumuz: “Hiss edirik ki, indi bizə tamam başqa gözlə baxılır”
››› Dağlar qoynunda gizlənmiş cənnət: Təngə dərəsi - Fotolar
››› Məscidlərdə 50 nəfərlik qadağaya görə QMİ və Dövlət Komitəsi də məhkəməyə cəlb olunur
››› “Milyonçu” şousunda savadsız görünən şəxs bir evin pulunu qazandı
››› Bakı gözəl şəhərdir, amma pulu olanlara
››› Saakaşvili Putinin işğal planını açıqladı
››› Qapısı bağlı qalan Olimpiya Mərkəzlərimiz və bizim olmayan bizimkilər
Son xəbərlər
Bütün xəbərlər »