Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Səudiyyə Ərəbistanında qadın futbol liqası yaradıldı

Səudiyyə Ərəbistanında bir-birinin ardınca qadın azadlıqları ilə bağlı addımlar atılır. Bu dəfə dünyanın ən qapalı ölkələrinin birindən qadın futbol liqasının yaradılması xəbəri gəlib.

Bizimyol.info xəbər verir ki, Ciddə şəhərində qadınların futbol yarışına start verilib. Liqada 6 klub mübarizə aparır. Oyunların hamısı “Əl-Mərcan” stadionunda keçiriləcək. Yarış dekabrın 6-da başa çatacaq.

Səudiyyə Ərəbistanı şahzadəsi Məhəmməd bin Salmanın radikal düşüncədən imtina ilə bağlı açıqlamasından sonra ard-arda qadınlarla bağlı müsbət qərarlar verilir. Onların sürücülük haqqı tanınıb, tək səyahət edə biləcəklər. Bunların üzərinə futbol oynamaq imkanı da əlavə olundu.

Son xəbərlər
Bütün xəbərlər »