Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Fil sədaqəti: Bir-birini xilas edərkən öldülər

Tailandda gur şəlalənin altında boğulan “dostlarını” xilas etməyə çalışan altı fil tələf olub.

İnsident fil balasının “Xao Yai” Milli Parkının mərkəzində yerləşən şəlalənin altında qalması ilə başlayıb. Onun köməyinə gələn digər heyvanlar da boğularaq ölüblər. Tailand xilasediciləri onların cəsədlərini suyun altından çıxarıblar.

Qeyd olunur ki, “Haev Narok” (“Cəhənnəm şəlaləsi”) adlanan bu şəlalədə bu cür insidentlər çox olub. 1992-ci ildə burada doqquz fil tələf olub. Həmin vaxt fillərin şəlaləyə yaxınlaşmasının qarşısı alınmışdı.

Milli Parkın direktoru Xançit Srinoppavan bildirib ki, ətrafdakı fillərin də tələf olanların yanına gəlməsi və onları kədərlə müşahidə etməsi park işçilərinin təəccübünə səbəb olub.

Tailandda 7 mindən çox fil olduğu, onların yarısının heyvanat parklarında saxlandığı bildirilir. (Axar.az)

Paylaş »
››› İyulun 26-na olan hava proqnozu
››› Tokio-2020: Azərbaycan təmsilçilərindən 10-u mübarizəni dayandırdı
››› Müsəlman idmançı israilli ilə qarşılaşmamaq üçün olimpiadadan imtina edib
››› Sürücünün halı pisləşdi, polis yardıma yetişdi - Foto
››› Heyrət, ey Şeyx... və ya üzrü günahından betər
››› Şeyxdən ona ünvanlanan ittihamlara cavab
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »