Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Həbib növbəti döyüşünün keçiriləcəyi arenanın adını açıqladı
Həbib Nurməhəmmədov

UFC üzrə yüngül çəkidə mütləq çempion Həbib Nurməhəmmədov növbəti döyüşü haqqında məlumat verib.

Bizimyol.info xəbər verir ki, Synergy Global Forumunda çıxış edən çempionun sözlərinə görə, döyüşün Sankt-Peterburqdakı “Qazprom Arena”da keçirilməsi üçün danışıqlar gedir:

“Bir həftə əvvəl Birbaşa İnvestisiyalar üzrə Rusiya Fondunun baş direktoru Kiril Dimitriyevlə görüşüm oldu. Biz onunla döyüşü harada keçirə biləcəyimizi müzakirə etdik. Artıq UFC ilə döyüşün Rusiyada keçirilməsi haqqında danışıqlar gedir. Mən qeyd etdim ki, bu hökmən bağlı arena olmalıdır və yadıma “Qazprom Arena” düşdü”.

Nurməhəmmədov döyüşün gələn ilin aprel-may aylarında keçirilə biləcəyini hesab edir. Çempion həmçinin, Rusiya üzrə ən çox azarkeş toplayacağına əminliyini bildirir.

Qeyd edək ki, Həbib Nurməhəmmədovun aktivində 28 döyüşdən 28 qələbə var.

Paylaş »
››› Piyadanı öldürən Araz Abdullayev indi də avtoşluq edir – Video
››› Əli Kərimlinin mühafizəçisinin səs yazısı yayıldı - Video
››› Tərcüməçinin Trampın çıxışına verdiyi reaksiya hər kəsi təəccübləndirdi - Video
››› İcbari tibbi sığorta tətbiq edildikdən sonra hansı xidmətlər ödənişli, hansı xidmətlər ödənişsiz olacaq? – Agentlik cavablayır
››› Ölmüş bilinən qız 29 il sonra oğlan olaraq döndü
Son xəbərlər
Bütün xəbərlər »