Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Qurban Qurbanova məşhur klubdan təklif gəlib
Qurban Qurbanov

Xəbər verdiyimiz kimi, Moskvanın "Spartak" klubu baş məşqçisi Oleq Kononvu istefaya göndərib.

Bizimyol.info xəbər verir ki, "Spartak"a yaxın mənbədən verilən məlumata görə, paytaxt klubu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanova da maraq göstərir.

"Spartak" Moskva "Spartak" Moskva

Məlumata görə, "Spartak"ın nümayəndələri Qurban Qurbanovla təmas da qurublar. Onlar Qurbanovun məsələyə münasibətini öyrənmək istəyiblər. Məlumatda bildirilir ki, "Spartak" rəhbərliyi "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsində oynamasını nəzərə alaraq, Qurbanovla qışda və ya mövsümün sonunda da anlaşma əldə etməyə razıdır.

"Spartak" rəhbərliyində təmsil olunan bir neçə şəxs Qurbanovun oyun fəlsəfəsini bəyənir və bunun "Spartak"a uyğun olduğunu düşünür. Üstəlik, həmin şəxslər Qurbanovun futbolçu kimi Rusiya çempionatında çıxış etməsini də əsas gətirərək, onun ölkə futboluna yad sima olmadığını qabardırlar.

Məlumatda bildirilir ki, Qurbanov razılıq verəcəyi təqdirdə, "Spartak"ı qış fasiləsinə, ya da mövsümün sonuna qədər müvəqqəti baş məşqçi çalışdıra bilər. Qurbanovun bu təklifə münasibəti barədə isə məlumat verilmir. (sportinfo.az)

Paylaş »
››› Bakıda sürücülərə tələ quran polislərin kimliyi açıqlandı - Video
››› Gündə 10 min dollar qazanan məktəbli: təzə imarət alıb - Fotolar
››› Hələ belə biabırçı təşviqat kampaniyası görməmisiniz - Video
››› Çində təhsil alan azərbaycanlı tələbə: "Doğmalarımı yoluxdurmamaq üçün..."
››› Bakı polisindən Fatimə Mövlamlının saxlanılması barədə xəbərlərə reaksiya

Deputatlığa namizədlərin nəzərinə!

Milli Məclisə seçkilərdə təbliğat-təşviqat kampaniyası artıq başlayıb. Bizim Yol olaraq bildirmək istəyirik ki, biz namizədlərlə yalnız rəsmi müqavilə əsasında əməkdaşlıq edə, onların təbliğat-təşviqat kampaniyasında iştirak edərək dəstək verə bilərik. Bütün layiqli namizədlərə uğurlar arzulayırıq!

Son xəbərlər
Bütün xəbərlər »