Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“iPhone 11”-dən qalmadı: “Apple” yeni modeldən yenə istehsal etməli olacaq

“Apple” “iPhone 11” seriyasından olan smartfonların istehsalını 10 faiz artırmalı olacaq. Çünki yeni model sürətlə satılır, tezliklə tapmaq mümkünsüzə çevriləcək.

Bizimyol.info xəbər verir ki, telefon bazarında daha 7-8 milyon “iPhone 11” peyda olacaq. “Apple” satış həcmini nəzərə alaraq, belə qərar verib.

Apple şirkəti Apple şirkəti

Qərb mətbuatının yazdığına görə, ABŞ şirkəti özü belə tələbat olacağını gözləmirmiş. Amma “iPhone 11”-in bütün versiyalarına xüsusi tələb diqqət çəkir.

Şirkətdən bildirildiyinə görə, daha çox tünd yaşıl və boz kosmos rəngləri satılır. Müştərilər ən az sarı və ağ rəngə maraq göstərir.

Son xəbərlər
Bütün xəbərlər »