Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanda qayınata avtomobillə gəlinini niyə vurub? - Təfərrüat

Tərtər rayonunda qayınatanın əsəbləşərək avtomobillə gəlinini vurması hadisəsinin təfərrüatı bəlli olub.

Bu barədə rayonun Şıxarx qəsəbəsinin bələdiyyə nümayəndəsi məlumat verib.

O bildirib ki, hadisə Mənzil Kommunal İstismar Sahəsinin ərazisi yaxınlığında baş verib: “Qayınata ilə gəlin arasında mülk üstündə mübahisə olub. Hadisə Şıxarxda yeni qəsəbə adlanan ərazidə 3-cü binanın qarşısında baş verib. Belə ki, gəlin bir ilə yaxın müddətdir ki, öz qızını da götrüb Biləsuvara gedib. Sonradan geri qayıdıb və evində yaşamaq istədiyini deyib. Qayınata isə buna icazə verməyəcəyini deyib. Aralarında yaşanan mübahisə böyüyüb. Nəticədə isə 1964-cü il təvəllüdlü Şahvələdov Qara Barat oğlu özünə məxsus olan “Niva” markalı avtomobil ilə gəlini 1994-cü il təvəllüdlü Şahvələdova Əfsanə Fəxrəddin qızını vurub. Amma xoşbəxtlikdən ağır xəsarət alan və ölüm olmayıb”.

Qeyd edək ki, Q.Şahvələdov Laçın rayonunda anadan olub, Şuşada qeydiyyatdadır. Gəlini Ə.Şahvələdova isə Beyləqanda anadan olub.

Baş verən hadisə ilə bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır. (Oxu.az)

Paylaş »
››› Türkiyədəki yanğınların təxribat olduğunu təsdiqləyən görüntülər - Video
››› Türkiyəyə kimlər od vurdu: Hədəf Ərdoğandır, yoxsa dövlətin özü...
››› “Patı” mafiyası, yoxsa, agentura: “Planlı işləyirlər”
››› 20 yaşlı gənc eyni toyda iki gəlinlə evlənib - Video
››› Alovun içində üzümüzü ağ edənlər: Azərbaycan qardaş ölkəyə necə dəstək verir...
››› "Zaman dəyişsə də, Türk qadını dəyişmədi" - Foto
››› Avqustun 3-nə olan hava proqnozu
Son xəbərlər
Bütün xəbərlər »