Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiyada silahlı şəxslər zavodu ələ keçirmək istədilər

Rusiyada silahlı şəxslər “Kubanskie delikatesı” zavoduna basqın ediblər.

Bizimyol.info xəbər verir ki, 8 nəfərlik dəstə zavod ərazisinə soxularaq mühafizə əməkdaşlarına atəş açıb.

Nəticədə 2 mühafizəçi güllə yarası ilə xəstəxanaya çatdırılıb. Reyder basqınında silahlı şəxslər zavoddakı insanları da girov götürüblər.

Bir qədər sonra girovlar azad edilib.

Hadisə yerinə gələn polislər 7 nəfəri saxlayıblar. Bu barədə TASS-a Daxili İşlər Nazirliyinin rayon şöbəsindən məlumat verilib. Hadisədən sonra daha 3 nəfər xəstəxanaya yerləşdirilib, onlar yüngül xəsarət alıblar.(virtualaz.org)

Son xəbərlər
Bütün xəbərlər »