Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Sevgisini elan edən müğənninin başını partladıblar

Əslən azərbaycanlılardan ibarət “HammAli & Navai” duetinin iştirakçısı Nəvai Bəkirovun qazaxıstanlılara eşq elan etməsi ona baha başa gəlib.

Bizimyol.info xəbər verir ki, Nəvai Bəkirov Qazaxıstanda konsert zamanı başından xəsarət alıb.

Müğənni “Instagram” hesabının hekayə bölümündə başına gələn xoşagəlməz hadisə barədə məlumat paylaşıb.

“Qazaxıstandan ayrıldıqda qazax xalqına olan sevgimi etiraf etdim və cavab olaraq başıma bir şey atıldı. Nəticədə isə başım partladı. Təşəkkür edirəm”.

Müğənni bundan sonra bir daha Qazaxıstanda çıxış etməyəcəyini söyləyib.

Son xəbərlər
Bütün xəbərlər »