Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İranda rusiyalı jurnalist saxlanılıb

Rusiyalı jurnalist Yuliya Yuzik İranda saxlanılıb.

Bizimyol.info xəbər verir ki, bunu Rusiyanın İrandakı səfirliyinin mətbuat attaşesi Andrey Qanenko deyib.

Diplomatın sözlərinə görə səfirlik hazırda məsələni araşdırır.

Oktyabrın 4-də jurnalist Boris Voysexovski də Facebook səhifəsində Yuzikin Tehranda saxlanılması ilə bağlı məlumat yayıb. Bildirib ki, o, oktyabrın 3-də Tehranda saxlanılıb: “Onu həbsxana kamerasına yerləşdiriblər. Oktyabrın 6-da onun məhkəməsi olacaq. O, 10 il müddətinə azadlıqdan məhrum edilə bilər”.

Onun sözlərinə görə, Yuzik bir neçə il əvvəl Tehranda müxbir olaraq işləyib və bu yaxınlarda onu yenidən ölkəyə dəvət ediblər: “Tehranda hava limanında onun pasportunu alıblar. Bildiriblər ki, İrandan gedəndə qaytaracaqlar. Ancaq İslam İnqilabı Keşikçiləri Qvardiyasının əməkdaşları onun gecələdiyi mehmanxananın qapısını sındıraraq Yuliyanı aparıblar. Dünən ona Moskvaya zəng edib bir dəqiqə danışmağa icazə veriblər".

O deyib ki, kamerada yerdə oturub. Onu İsrailin xüsusi xidmət orqanları ilə əməkdaşlıqda ittiham edirlər: "Bu isə azı 10 il həbs deməkdir".

Yuzikin qızı anasının Facebook-dakı səhifəsində faktı təsdiqləyib. Yazıb ki, anası nənəsinə zəng edə bilib, o da öz növbəsində onunla əlaqə saxlayıb.

Son xəbərlər
Bütün xəbərlər »