Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Lukaşenko: “Ukrayna Belarus sərhədində heç vaxt problem yaşamayacaq”

Ukrayna Prezidenti Vladimir Zelenski Belarus Prezidenti Aleksandr Lukaşenko ilə görüşüb.

APA-nın Ukrayna Prezident Administrasiyasına istinadən verdiyi xəbərə görə, Jitomirdə keçirilən görüş Ukrayna və Belarus Regionlarının II forumu çərçivəsində baş tutub.

Dövlət başçıları ölkələr arasında münasibətləri müzakirə ediblər.

V.Zelenski bildirib ki, Ukrayna və Belarus xalqları düşüncə baxımından bir-birinə yaxındırlar: “Biz bir-birimizi başa düşürük. Hesab edirəm ki, xalqlarımız mehribandır. Mən əminəm ki, hər bir ukraynalı bu cür yaxşı qonşuluq münasibətlərimizə görə qürur duyur”.

A.Lukaşenko deyib ki, Ukrayna Belarus sərhədində heç vaxt problem yaşamayacaq: “Belarusla hər hansı bir problem yaşamamısınız, heç vaxt da yaşamayacaqsınız. Biz həmişə sizin ən mehriban və etibarlı tərəfdaşınız olacağıq”.

Prezident Administrasiyasının məlumatına görə, prezidentlərin başçılığı ilə Ukrayna və Belarus nümayəndə heyətləri arasında geniş tərkibli görüş də keçiriləcək.

V.Zelenski və A.Lukaşenko forumunun yekun hissəsində çıxış edəcəklər. Daha sonra iki ölkə arasında sənədlərin imzalanma mərasimi olacaq.

Bundan əlavə, Ukrayna və Belarus prezidentləri kənd təsərrüfatı texnikalarının sərgisini ziyarət edəcəklər.

Son xəbərlər
Bütün xəbərlər »