Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Təhsil haqqını qaldırmaq əvəzinə distant təhsil froması tətbiq edilməlidir - Ekspertlərdən açıqlama

Müəllim və tələbənin eyni məkanda olma məcburiliyini ortadan qaldıran sistem distant təhsil sistemidir. Bu sistem təhsil texnologiyası tərəfindən araşdırılan bir fenomendir və bu sahədə təhsil elminə verdiyi ən böyük töhfədir. Bir çox tələbələr işin çoxluğu, ailə öhdəlikləri və ya digər səbəblərdə universitetə gedə bilmirlər. Distant təhsil bütün bu mümkünsüzlüklərin üstündən xətt çəkir.

Distant təhsildə hər kəs vaxt itirmədən xarici universitetlərdə oxuya bilər. Burada tələbənin sərbəst öyrənmə prinsipi vardır. Təhsil sahəsi elə qurulub ki, tələbə müəllimdən vaxt və ya məsafə ilə ayrılsa da, onlar istədiyi vaxt telekommunikasiya vasitələri ilə əlaqə saxlaya bilərlər. Bu baxımdan müxtəlif məqsədlərlə istənilən təhsil proqramı sahəsində həyata keçirilə bilən distant təhsil sisteminin funksiyaları da genişdir.

Kamran Əsədov Kamran Əsədov

Təhsil məsələləri üzrə ekspert Kamran Əsədov Bizimyol.info-ya bildirib ki, 2009-cu ildə qəbul edilmiş “Təhsil haqqında” qanunda ali təhsil alma formalarından biri kimi distant təhsil qəbul edilsə də indiyə qədər Azərbaycanda distant təhsil mexanizmi müəyyən olunmadığı üçün bu formada xarici ölkələrdə təhsil almış şəxslərin diplomları tanınmır: “Belə ki, hazırda Azərbaycanda distant təhsilin mexanizmi işlənib hazırlanmadığından onu təhsilin bir forması kimi qəbul etmək olmaz. Vacib bir məqamı qeyd edim ki, distant təhsilə daha çox aşağıdakı kateqoriya insanlar cəlb edir:

• İşdə və ya evdə başı qarışıq olanları və dərslərə getmək və mühazirələri dinləmək imkanları olmayan şəxsləri;

• İxtisasını artırmaq, bacarıqlarını inkişaf etdirmək və karyeradan ayrılmadan yeni biliklər əldə etmək istəyənləri;

• Həyatda hər şeyə nail olmaq və peşəkar əlaqələri və dünya görüşünü genişləndirmək imkanlarından istifadə etmək istəyənləri, çünki distant təhsil sayəsində eyni zamanda bir neçə kursda oxumaq olar”.

K.Əəsov deyib ki, beynəlxalq statistikaya görə, distant təhsildə «tələbələrin» əksəriyyəti yaşı 25-i ötmüş, işləyən və işdən ayrılmadan peşəkar biliklərini genişləndirmək istəyən şəxslərdir: “Bununla belə, distant təhsil forması hamı üçün münasibdir. Bu, illər ötdükcə daha çox inkişaf edəcək müasir təhsil formasıdır. Amma istənilən təhsil forması kimi distant təhsilin də həm müsbət, həm də mənfi cəhətləri var. Müsbət cəhətləri:

1. Distant təhsil proqramları ənənəvi sistem üzrə aparılan analoji təhsil kurslarından xeyli ucuzdur. Təhsil müəssisələri icarə haqqına, elektrik enerjisinə və bahalı texnikaya qənaət edir, çünki təhsil üçün ayrıca otaqlar və kompüterlər tələb olunmur. Bundan əlavə, vaxtın çox hissəsini tələbələr müstəqil şəkildə məşğul olurlar və deməli, müəllimlər eyni zamanda daha çox tələbəni öyrədə bilərlər və bunun da sayəsində distant təhsilin qiyməti münasib olur.

2. Distant təhsil ümumiyyətlə hər hansı təhsil almaq imkanları olmayan şəhər və ölkələr üçün əvəzedilməzdir. Bu, təhsili hamı üçün əlçatan edir.

3. Distant təhsil insanın utancaqlıq və auditoriya qarşısında çıxış etmək fobiyası kimi kommunikasiya keyfiyyətləri ilə bağlı psixoloji maneələri dəf etməyə imkan verir.

4. Distant təhsil mobildir və deməli, tələbənin daim aktual məsələlərə çıxışı olur. Bunun üçün sadəcə İnternet lazımdır.

5. Hesab olunur ki, distant təhsil vaxtının çoxunu işdə, uşaqlarla və ya ailəsi ilə keçirən insanlar üçün yeni biliklər və bacarıqlar əldə etmək üçün yeganə mümkün vasitədir. Hər hansı şəxs işini itirmək qorxusu olmadan və işdən ayrılmadan ixtisasını artırmaq və ya yeni biliklər əldə etmək imkanı əldə edir”.

K.Əsədov hesab edir ki, distant təhsil şübhəsiz qarşısına məqsəd qoyanlar və bunun ona nə üçün lazım olduğunu anlayanlar üçün səmərəli təhsil formasıdır: “Belə təhsil özünütəhsil prosesini planlaşdırmağı və ona nəzarət intizamını tərbiyə edir. İstənilən təhsil forması kimi bu da qarşılıqlı prosesdir və tələbə ilə canlı ünsiyyət olmadıqda «pedaqoq» amili çox vacib olur».

Mənfi cəhətləri:

1. Tələbələrin təhsil səviyyəsində və peşəkar təcrübəsində fərdi fərqləri nəzərə almağa imkan vermir.

2. Təlim və imtahan telekonfranslarının təşkili üçün müxtəlif ölkələrin telefon xətlərinin keçiricilik qabiliyyəti kifayət etməyə bilər.

3. Tələbələr tərəfindən mənfi qarşılana biləcək daha bir cəhət distant təhsil sistemində müəllim və tələbə arasında canlı ünsiyyətin itməsidir.

4. Təlim kursları kifayət qədər interaktiv olmur.

5. Distant təhsilin yekunlarına görə verilən diplom və ya sertifikat hələlik keyfiyyətli təhsilin göstəricisi kimi qəbul olunmur.

6. Asan əldə edildiyi üçün adətən distant təhsil səhvən müəyyən bir xarici təhsil almaq imkanı kimi başa düşülür. Göstərilən mənfi cəhətlərinə baxmayaraq, distant təhsil inkişaf etməkdə davam edəcək və zaman keçdikcə digər təhsil formaları arasında layiqli yerini tutacaq. Məsələ yalnız tələbələrin ondan düzgün və səmərəli istifadə etməsindədir”.

Azərbaycan İnternet Forumunun prezidenti Osmün Gündüz bizimyol.info-ya deyib ki, Təhsil Nazirliyi ləngimədən distant təhsil formasına ilk öncə xarici tələbələr üçün , həmçinin də, təkrar ali təhsil, yenidənhazırlıq və əlillərin təhsili üşün start verməlidir: “Bu məqsədlə nazirlikdə komissiya yaradılmalıdır. Komissiya təhsil müəssiəslərinin buna hazırlığını kompleks yoxlayıb distant təhsil formasına başlamaq üçün lisenziya verməlidir. Əgər nazirlik bunu etmək istəmirsə onda universitetlərə bununla bağlı müstəqillik verilməlidir.

Distant təhsil üçün universitetlərdə Distant Təhsil Mərkəzi, sertifikatlaşmış kadrlar və yetrəli elektron tədris vəsaitləri olmalıdır. Əgər imtahan məsafədən təşkil olunacaqsa tələbələrin identifikasiya mexanizmləri hazırlanmalıdır. Tədris prosesi, idarəetməsi rəqəmsallaşmayan universitetlərə distant təhsilə icazə verilə bilməz”.

O.Gündüz deyib ki, son zamanlar universitetlərin əksəriyyəti rüşvət və korrupsiya yığışdırılıb: “Universitetlər təhsilin inkişafı üçün əlavə vəsaitlər tapmalıdırlar. Təhsil haqqını qaldırmaq da əlavə problemlər yaradır. Distant təhsil froması isə universitetlər üçün həm də əlavə imkanlar deməkdir. Ümumiyyətlə , ölkəmizdə bu təhsil formasının tətbiqinin təhsil sahəsinin rəqəmsallaşmasına, ölkədə rəqəmsal transformasiyanın güclənməsinə , informasiya cəmiyyətinin fromalaşmasına ciddi təkan verəcəyinə əminəm. Düşünürəm ki Təhsil Nazirliyi tez bir zamanda bu məsələyə diqqət yetirməlidir”.

Ramid İbrahimov

Bizimyol.info

Paylaş »
››› Türkiyədə yanğın yerinə gələn nazir Çavuşoğlu sərt reaksiya ilə qarşılaşdı – Video
››› Admiral Türkiyədəki yanğınların arxasında gizlənən ölkənin adını açıqladı
››› Deputatdan şillə-təpikli "təşəkkür"
››› Sərxoş deputat polisi evindən yuxudan qaldıraraq öz obyektində döyüb
››› Cins şalvar geyindiyi üçün döyüldü, körpüdə asılı tapıldı
››› Biri qanunverici, digəri qanun keşikçisi - Polisi döyən deputatın axırı necə olacaq...
››› Avqustda bürcləri nə gözləyir...
Son xəbərlər
Bütün xəbərlər »