Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Xərçəng xəstəliyi dərman firmalarının uydurmasıdır deyənlərə məşhur onkoloqlardan cavab – “Yatan kabusla oynamaq olmaz”

Xərçəng xəstəliyinin araşdırılması üzrə Beynəlxalq Agentliyin məlumatına görə, hər il dünyada 18 milyondan çox xərçəng xəstəsi qeydə alınır. Mütəxəssislər qeyd edirlər ki, ilkin diaqnostika və müasir metodlarla xərçəng xəstəliyindən ölüm hallarının sayı azalsa dayenə də insanlar bu kabusun cəngindən qurtula bilməyiblər.

Son illər tibb elminin dərman satışları biznesi ilə qarışıq bir hal alması əlacsız qalan insanlar arasında bu fikrin yaranmasına səbəb oldu – Xərçəng xəstəliyi əslində yoxdur. O dərman satışı ilə məşğul olan firmaların bznes xatirinə uydurmasıdır və qəsdən yayılır.

Bu gün Bizimyol.info bu barədə fikirləri öyrənmək üçün rusiyalı və türkiyəli mütəxəssislərin görüşlərini təqdim edir. Xərçəng xəstəliyi hüceyrələrdə DNT-nin (Dezoksiribonuklein turşusu) zədələnməsi nəticəsində hüceyrələrin anormal və sistemsiz şəkildə böyüməsi və çoxalması nəticəsidə meydana gəlir. Xərçəng xəstəliyini əmələ gətirən səbəblərə əsasən aşağıdakılar aid edilir.

- Rentgen şüaları, radioaktiv maddələrdən yayılan radiasiya və ultra-bənövşəyi şüalanma, qamma şüaları kimi “ionlaşdırıcı” şüalar xərçəng xəstəliyininin əmələ gəlməsinə səbəb olur. Çünki bu radiasiya şüalarının təsiri altında olan toxumalarda əmələ gələn ionlar yüksək reaktivlik nəticəsində DNT zəncirlərini qopararaq mutasiyaya səbəb olurlar.

- Bəzi kimyəvi maddələrin mutasiya potensialı çoxdur. Bunlara əsasən siqaret dumanındakı çoxlu sayda maddələr, asbest, kömür və gips tozu, mikrosilikat tozu daxildir. Hüceyrələrin zədələnməsi və dəyişməsi nəticəsində əmələ gələn şiş iki cür olur: xoşxassəli və bədxassəli şişlər.

Xoşxassəli şişlər (benign) xərçəng xəstəliyi deyil. Ətraf bölgələrə yayılmır. Sərhədləri müəəyəndir. Ətrafdakı toxumalara zərər yetirmir. Tamamilə təmizləndiyi zaman təkrarən əmələ gəlmir.

Bədxassəli şişlər (malign) isə xərçəng xəstəliyi sayılır. Qonşu orqan və toxumalara yayılır. Sərhədləri qeyri-müəyyəndir. Cərrah onkoloq, Rusiya Milli Səhiyyə Liqasının eksperti Somasundaram Subramanian Bizimyol. Info-ya vediyi açıqlamada xərçəngin yatmış hüceyrələri barədə danışıb.

Somasundaram Subramanian“Tam müalicə olunsa da bu xəstəliyin geri dönməyəcəyinə heç kim zəmanət vermir. Hətta ən effektiv terapiyadan sonra belə orqanizmdə yatmış xərçəng hüceyrələri qalır.Onlar hər an oyanmağa hazır olurlar. Xərçəngin və onun residivinin ( yatmış hüceyrələrin oyanması) yaranacağı barədə öncədən məlumat vermək mümkün deyil. Yatmış şiş hüceyrələri hər bir insanın orqanizmində yarana bilər.İlkin əlamətlər isə özünü çox uzun müddət sonra biruzə verir.

Məsələ bundadır ki, bizim immun sistemimiz bir qayda olaraq bədxassəli hüceyrələri tanıyıb məhv etməyə qadirdir.Lakin onun resursları məhdudur. Ona görə bədxassəli hüceyrələrin bir çoxu özünü blok edib qeyri-aktiv vəziyyətdə immun sistemindən qoruna bilirlər. Yəni ölməyib sağ qalırlar. Donmuş vəziyyətdə düşən belə xərçəng hüceyrələrini tapmaq çətin olur. Hazırda onları tapmaq imkanımız yoxdur. Lakin bir cərrah kimi deyə bilərəm ki, davamlı şəkildə yatmış xərçəng hüceyrələrini axtarıb onlarla mübarizə aparmaq düzgün deyil. Ola bilər ki o heç vaxt oyanmasın, vaxtından əvvəl müalicəyə başlamaq düzgün deyil.

Nəzərə almaq lazımdır ki yatmış xərçəng hüeyrələrini yuxudan oyandırmağa yeni qan damarları kömək edir. Onlar hüceyrəyə lazımi maddələri daşımaqla onun bölünməsinə səbəb olurlar.Buna görə sağalan xəstələrin bir çoxunda metastaz yaranır. Bundan əlavə , psixoloji stress, eləcə də həddən rtıq güclü immun sisteminin iltihaba reaksiyası da xərçəngin yatmış hüceyrələrini oyandıra bilər. İndi bir çox həkimlər iltihabi proseslərin xərçəng xəstəliyi ilə əlaqəsindən danışırlar. Lakin bunun hələ tam elmi təsdiqi yoxdur.Mənim fikrimə görə, bu çox perspektivli istiqamətdir.İstisna etmirəm ki, tezliklə onkoloji xəstəliklərin profilaktikası üzrə iltihabəleyhinə mövcud olan dərmanlardan istifadə olunacaq.

Bir zamanlar ağrıkəsici kimi istifadə olunan aspirinin infarktın profilaktikasında yaxşı kömək etdiyi də sonradan məlum oldu. Ola bilsin ki, bildiyimiz hansısa hazır bir dərman prepartı xərçəngi müalicə edir və iz bunu hələ bilmirik”.

Müzəffər Çavuşoğlu

İstanbul Universitetinin Tibb Fakultesi məzunu, 30 ildir onkoloji xəstəliklərin araşdırılması ilə məşğul olan Müzəffər Çavuşoğlu Bizimyol.info saytına bildirib ki, xərçəng genetik xəstəlikdir və hələ uşağın ana bətnindəykən gen pozulması ilə yaranır. Fərqli genlərin pozulması ilə fərqli xərçəng növləri yaranır. İnsan orqanizmində 30-100 trilyon arasında hüceyrə var. Hər hüceyrədə isə milyonlarla gen. “Genetik pozğunluq nəticəsində keçməsi 5-10 faiz təşkil edir və daha gənc yaşlarda özünü göstərir.Hər yaşda görülməsinə rəğmən əsasən 60-65 yaşlarda özünü göstərir. Ailədə xərçəng xəstəsinin olması risk faktorudur, lakin mütləq xərçəng yaranacaq inamı yaranmamalıdır. Genetic meyillik burda böyük rol oynayır. Xərçəng xəstəliyin müalicəsində doğru bilinən yanlışlar var.

Bir çoxlarının söylədiyi “xərçəng xəstəliyi yoxdur, bu dərman firmalarının biznes marağ naminə ortaya atılıb, vitamin 17 çatışmazlığıdır, kimyaterapiya zərərlidir” kimi fikirlərə qapılmamaq lazımdır. Stiv Cobsu xatırlayın . İnsan mədə xərçəngindən əziyyət çəkirdi. İstəsə dərman nədir, dərman fabrikini satın alardı.ABŞ dövlət katibinin köməkçisi Co Baydenin oğlu beyin xərçəngindən öldü.

Dünyanın ən imkanlı insanlarından olan Co Bayden hansısa bir firmanın kəşf etdiyi, lakin gizlədilən dərmanı ölməkdə olan övladı üçün əldə edə bilməzdimi? Xərçəng xəstəliyinə tutulduğunu öyrəndiyi anda insan ilk nə etməlidir? İlk olaraq doğru bir həkim komandasına özünü etibar etməlidir. Fərqli bir xəstəxanada ikinci bir yoxlamadan keçməkdə də yarar var. Çox gözləməsinlər. Lakin tələsərək də qərar vermək olmaz. Bəzi araşdırmalar aparılsın, mütəxəssislərlə görüşsün. Bitki, iynəbatırma və ya ekstrasens filan yardımı ilə sağalmağa ümid etməklə dərman müalicəsindən uzaq durmaq intihar etməkdir. Bunu unutmaq olmaz”.

İlhamə Rəsulova

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »