Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kukla ilə söhbət deputatların narazılığına səbəb oldu

İctimai Telekanalda yaradılan yeni layihə kreativliyi ilə seçilsə də cəmiyyətdə birmənalı qarşılanmayıb. Belə ki kanalın hazırladığı “3D” verilişində aparıcı qismində robot kukladan Dadaş Dadaşlı obrazından istifadə edilir.

Dadaş Dadaşlının verdiyi suallar monoton deyil, bəzən zarafat adı altında kəskin və aktual problemləri əks etdirən məsələlər qabardılır. Bəlkə elə məhz buna görə, aparıcı əvəzinə kukla obrazı yaratmaq ideyası ortaya çıxıb. Proqrama tanınmış simalar dəvət alırlar. Deputatlardan Hadı Rəcəbli, Qənirə Paşayeva, Tahir Kərimli və bir sıra ictimaiyyət nümayəndələri bu verilişin qonağı olublar. Bu günlərdə deputat Fəzail Ağamalı bu proqrama qatılmaqdan imtina edib.

Fəzail Ağamalı Bizimyol.info saytına bildirib ki, verilişin formatı onu qane etməyib, dəvəti qəbul edib İctimai kanalın redaksiyasına getsə də sonra aparıcı ilə deyil, kukla ilə həmsöhbət olacağını biləndə proqramı tərk edib. Bunu özünə yaraşdırmayıb.

Deputat Ağacan Abıyev Bizimyol.info-ya verdiyi açıqlamada həmkarının addımını dəstəkləyib. Ağacan Əbiyev proqrama dəqiq baxmasa da ümumiyyətlə bu kimi şeyləri qəbul etmədiyini deyərək bunu oyun olaraq dəyərləndirib. Ağacan Əbiyev belə bir proqramdan dəvət alsa qəti şəkildə qatılmayacağını söylədi.

Azər Həsrət

İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvü, Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü, Əməkdar jurnalist Azər Həsrət redaksiyamıza verdiyi açıqlamada deputatların yanaşma tərzinin dəyişdirilməli olduğunu söylədi. “ İctimai kanal yeni formatda proqramlar hazırlayır. Ola bilər ki, bizim hörmətli deputatlarımız, xüsusən də orta və yaşlı nəslin nümayəndələri texnologiyalara o qədər də açıq deyillər. Bir qədər ögey münasibət bəsləyirlər. Lakin yaxşı olardı ki, onlar bu yanaşmanı dəyişsinlər və kanalın növbəti dəfəki dəvətini qəbul etsinlər. Bəli, bu proqramda bir qədər ironiya da var, onun dadı duzu elə bundadır. Dadaş Dadaşlınskinin sualları gözlənilməzdir. Özünə inanan adam onun qarşısında dayana bilər. Bu suallar monoton deyil, gündəlik həyatımızı, bəlkə də qonağın həyatında baş vermiş ən yaddaqalan halları yada salan suallar verir. Şəxsən mənim özümə bir tamaşaçı kimi maraqlı gəlir. Bu əslində qeyri-ciddi proqram deyil. Sadəcə bu günə qədər alışmış olduğumuz formatdan bir qədər fərqlənən gözəl bir layihədir”.

Osman Gündüz isə sualımıza sualla cavab verib. İTV-nin 3D verilişinin formatı önəmlidir yoxsa Dadaşlinskinin suallarının mahiyyəti?

Bəzi millət vəkilləri, tanınmışlar İTV-nin 3D layihəsinə çıxmaqdan imtina ediblər.

Düşünürəm ki bu, doğru bir yanaşma deyil.

İTV dövlət büdcəsindən maliyyələşən bir media qurumudur, bu qurumun fəaliyyəti üçün vəsaitin ayrılmasına da elə deputatlar səs veriblər.

Sadəcə, elə bu baxımdan onların bu addımı məntiqli görsənmir.

Eyni zamanda deputatlar, dövlət məmurları , ictimai yük daşıyan şəxslər də onlara ünvanlanan sualları açıqlamağa borcludurlar.

Sualın hansı formatda verilməsi deyil, mahiyyətcə necə olması daha önəmlidir.

Əgər sualda qanunvericiliklə müəyyən olunan qadağalar, etikadan kənar ifadələr, təhqir və böhtan yoxsa onda, fikrimcə, bu cür ictimai yük daşıyan şəxslərin imtinası doğru bir yanaşma deyil.

İTV, dövlət büdcəsindən maliyyələşən media qurumu Azərbaycan reallıqlarını nəzərə alaraq animasiya formatında, anonim formatda suallar ünvanlayırsa , düşünürəm ki adı çəkilən ictimai şəxslər daha çox 3D-nin formatına yox, sualın mahiyyətinə diqqət etməlidir.

Fikrimcə hansısa yeknəsək, mənasız və şablon suallar verən canlı aparıcıdansa elə 3D, Dadaşlinski indiki məqamda daha uğurlu hesab oluna bilər .

Cəmiyyət üçün bu sualların hansı formatda verilməsi deyil, daha çox hansı mahiyyətdə sualların verilməsi ictimai əhəmiyyət kəsb edir.

Cəmiyyət bu sualların 3D yaxud Dadaşlinski tərəfindən deyil, elə publik qurum olan İTV tərəfindən verildiyinin fərqindədir.

Odur ki , düşünürəm ki, deputatlarımızın İTV-nin fəaliyyətinin daha da canlandırılmasına, plüralizmin inkişafına, aktual mövzular ətrafında maraqlı tərəflərin iştirakı ilə canlı diskussiyaların təşkilinə yönəlik təkliflər verməsi daha doğru yanaşma olardı.

Ümid edirəm hörmətli deputatlarımız və məmurlarımız bunu nəzərə alacaqlar”.

İlhamə Rəsulova

Bizimyol.info

Paylaş »
››› Türkiyəyə kimlər od vurdu: Hədəf Ərdoğandır, yoxsa dövlətin özü...
››› Türkiyədəki yanğınların təxribat olduğunu təsdiqləyən görüntülər - Video
››› “Patı” mafiyası, yoxsa, agentura: “Planlı işləyirlər”
››› 20 yaşlı gənc eyni toyda iki gəlinlə evlənib - Video
››› Alovun içində üzümüzü ağ edənlər: Azərbaycan qardaş ölkəyə necə dəstək verir...
››› PKK-ya bağlı olan terror təşkilatı: “Türkiyədə yanğınları biz törətmişik”
››› "Zaman dəyişsə də, Türk qadını dəyişmədi" - Foto
Son xəbərlər
Bütün xəbərlər »