Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
“Qarabağ”ın oyunu zamanı daha bir hadisə olubmuş - Foto
Qarabag oyunu zamani

“Qarabağ”ın UEFA Avropa Liqasının qrup mərhələsinin II turunda Lüksemburqda “Düdelanj”ına qarşı keçirdiyi matç zamanı daha bir insident baş verib.

Bizimyol.info xəbər verir ki, “Jozi Bartel” stadionunun dayanacağında oğurluq olub.

Matç məlum erməni təxribatına görə yarımçıq dayandırıldığı zaman oğrular dayanacağın 3-cü mərtəbəsinə daxil olaraq avtomobillərin şüşələrini sındırıblar. Maşınlardan pul və bahalı əşyaları oğurlayıblar. Polis artıq hadisə ilə bağlı araşdırmalara başlayıb.

Qeyd edək ki, “Düdelanj” – “Qarabağ” matçı 4:1 hesabı ilə Ağdam klubunun xeyrinə başa çatıb. Matç zamanı ermənilər stadionda təxribat törədiblər. Belə ki, onlar dron vasitəsilə Qondarma Dağlıq Qarabağ “bayrağ”ını meydançaya endirməyə çalışıblar. Buna görə matçda 30 dəqiqə ərzində fasilə yaranıb.(Qafqazinfo)

Qarabag oyunu zamani

Paylaş »
››› Neftçalada baş verənlərin pərdəarxası
››› İranla sərhədlər bağlanır
››› Qonşu ölkədə koronavirus dəhşəti: Ölənlərin sayı 9-a çatdı
››› Yazda uğur qazanacaq bürclər
››› Ruslar Türkiyə ordusunu bombaladı
Son xəbərlər
Bütün xəbərlər »