Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Barak və Mişel Obamalardan romantik paylaşım - Foto

55 yaşlı Mişel və 58 yaşlı Barak Obama evliliklərinin 27-ci ildönümünü qeyd ediblər. Bu hadisə münasibətilə ABŞ-ın keçmiş prezidenti və ölkənin keçmiş birinci xanımı “Instagram” izləyiciləri ilə şəxsi arxivdəki fotolarını paylaşıb.

Bizimyol.info xəbər verir ki, “27 il əvvəl bu oğlan mənə həyat dolu bir macəra vəd etdi... İl dönümümüz mübarək, Barak...”, - Mişel ərini sosial şəbəkədə təbrik edib.

Barak Obama isə öz növbəsində “Instagram” hesabında həyat yoldaşı ilə romantik bir şəkil paylaşaraq “The Beatles” qrupundan sitat gətirib:

“The Beatles” deyir ki, getdikcə daha da yaxşı olur. 27 heyrətamiz il üçün təşəkkür edirəm, sevgilim”.

Barak Obama səkkiz il ABŞ-ın prezidenti olub. Dövlət başçısı vəzifəsindən gedərək uzun tətilə çıxıb. Bu yaxınlarda isə məşhur cütlüyün başı kitab yazmağa qarışıb, həmçinin, onlar “Netflix”lə film və televiziya şouları hazırlamaq üçün müqavilələrə imza atıblar.(oxu.az)

Barack Obama

Paylaş »
››› İyulun 26-na olan hava proqnozu
››› Tokio-2020: Azərbaycan təmsilçilərindən 10-u mübarizəni dayandırdı
››› Müsəlman idmançı israilli ilə qarşılaşmamaq üçün olimpiadadan imtina edib
››› Sürücünün halı pisləşdi, polis yardıma yetişdi - Foto
››› Heyrət, ey Şeyx... və ya üzrü günahından betər
››› Şeyxdən ona ünvanlanan ittihamlara cavab
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »