Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Çirkli şəhərlər uşaqların psixikasını korlayır

Şəhərlərdə atmosferin çirklənməsi tibb mütəxəssislərini çoxdan narahat edir.

Çoxsaylı tədqiqatlar göstərir ki, havanın təmiz olmaması ürək-damar xəstəliklərini artırır. Üstəlik, şəhərlərin çirklilik səviyyəsinin artması uşaqların psixikasını korlayır.

Bizimyol.info xəbər verir ki, amerikalı elm adamları atmosferi ağır vəziyyətdə olan meqapolislərin insanlara necə təsir göstərməsini araşdırıblar. Uşaqların daha böyük zərər gördüyü üzə çıxıb.

Amerikalı alimlər ayrı-ayrılıqda üç tədqiqat aparıblar. Hər üçü insan orqanizmə böyük zərər ortaya çıxarıb. Zərərli qazların havadakı miqdarının çoxluğu uşaqların orqanizmini daim xəstəliyə məruz qoyur. Böyüklər də bundan kənarda qalmır. Daha çox stress yaşayırlar, beyin tam fəaliyyətindən qalır.

Ola bilər ki, bəzi uşaqlar çirkli şəhərlərdə dərhal ağır xəstəliyə düçar olmur. Amma zamanla başqa problemlər ortaya çıxır. Məsələn, yeniyetməlik vaxtı ciddi problemlər yaşayırlar. İntihara meyl artır.

Son xəbərlər
Bütün xəbərlər »