Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kassir qadın əri qumara qurşandığına görə bankdan çoxlu pul oğurlayırmış

İndi Luiza Xayrullinanı bütün Rusiyada tanıyırlar. Kassir qadın mayda 24,5 milyon rublla (təxminən 400 min dollar) yoxa çıxmışdı. Onu iki ay sonra ailəsi ilə birlikdə yaşadığı yerdən 700 km aralıda tapmışdılar.

Bizimyol.info xəbər verir ki, Luiza Xayrullina əri qumara qurşandığına görə bankdan çoxlu pul oğurlayırmış. Həyat yoldaşı Marat Xayrullin istintaqa ilk ifadəsində əyləncəli oyunlara meylli olduğunu etiraf etmişdi. İndi hadisələrin təfərrüatı üzə çıxıb. Məhz Marat Luizanı bankdan pul oğurlamağa sövq edib. Kassirin həyat yoldaşı bukmeyker kontorlarında böyük pullar uduzub. Hər dəfə ziyanı çıxarmaq üçün daha çox risk edirmiş, beləcə, qadını böyük borc qarşısında qoyurmuş. Sonra Luiza borcu heç cür ört-basdır edə bilməyəcəklərini anladığında ailə qaçmaq qərarı verib. Yaşadıqları Başqırdıstanın Salavat şəhərindən Tatarıstanın paytaxtı Kazana gəliblər. Polis onları uşaqlardan birinin ehtiyatsızlıq edərək babasına zəng vurması sayəsində tapıb. Luizanın yaxınlarının telefonlarını dinləyən asayiş keşikçiləri ailənin yerini bir zəngə görə müəyyənləşdiriblər.

Marat istintaqa ifadəsində həyat yoldaşının heç bir günahı olmadığını bildirib. Görünür, ər bütün məsuliyyəti öz üzərinə götürmək istəyir.

Son xəbərlər
Bütün xəbərlər »