Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Mənzilində 8 il ölü qaldı, heç kimin xəbəri olmadı: İti də acından ölübmüş

Qərbi Almaniyanın Zenden şəhərində 59 yaşlı kişinin mənzilində skeletini tapıblar. O, səkkiz il əvvəl ölsə də, heç kim bundan xəbər tutmayıb.

Bizimyol.info xəbər verir ki, alman kişinin iti də tələf olub. Ev heyvanı mənzildə acından ölüb.

“Daily Mail” qəzetinin yazdığına görə, kişinin yaşadığı binada yanğın baş verməsəydi, onun ölümüdən yenə xəbər tutan olmayacaqdı. Sakinləri ərazidən uzaqlaşdırmaq lazım gəlib, bu zaman mənzillərdən birinin qapısını açan olmayıb. Xilasedicilər məcbur qalaraq qapını sındırıblar. Bu zaman kişinin skeletini aşkar ediblər.

Mənzilin sahibi Hayntsı qonşular axırıncı dəfə 2011-ci ildə görüblər. Poçt qutusu ona ünvanlanan məktublarla dolubmuş. Qonşusu Anjelika Havener deyir ki, mənzildən pis iy gəlirmiş, buna görə çox yerə müraciət edib. Amma nə ərazidə təsərrüfat məsələlərinə baxan orqan, nə də polis adam ölməsi ehtimalını yaxına buraxıb.

Qonşunun dediyinə görə, Haynts çörək sexində işləyirmiş. Son illər una görə allergiyası yaranıb, işdən çıxıb. Həyat yoldaşı ilə çoxdan ayrılan Hayntsın işsizliyə görə buradan çıxıb getdiyini düşünüblər.

Son xəbərlər
Bütün xəbərlər »