Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Teymur Rəcəbovu gözləyən “Armageddon”: Qaydalar nə deyir?

Məlum olduğu kimi, Azərbaycan şahmatçısı Teymur Rəcəbov Dünya Kubokunun finalında qalibi müəyyənləşdirmək üçün Dinq Lijenlə tay-brekə çıxacaq. Bəs bu həlledici görüş necə keçiriləcək?

Bizimyol.info Oxu.Az-a istinadən həmin görüşün keçirilmə qaydasını təqdim edir:

Əvvəlki dörd partiyanın nəticəsinə görə ümumi hesab 2:2 olduğundan, şahmatçılar sabah “rapid” adlanan 25 dəqiqəlik iki partiya keçirəcək. Burda şahmatçılar hər gedişə görə 10 saniyə vaxt udacaq.

Burda da qalib müəyyənləşməsə, “blits” adlanan 10 dəqiqəlik iki partiya baş tutacaq. Burda da hər gediş üçün şahmatçılara əlavə 10 saniyə veriləcək. Yenə qalib müəyyənləşməzsə, bundan sonra hər gedişə 3 saniyə verilmək şərtiylə 5 dəqiqəlik iki blits partiyaya müraciət ediləcək.

Əgər burda da qalibi müəyyənləşdirmək mümkün olmazsa, şahmatda “armaqedon” (Armageddon) adlanan həlledici partiya keçiriləcək. Burda ağ fiqurlarla oynayan şahmatçı 5, qaralarla çıxış edən 4 dəqiqəlik mübarizə aparacaq. 61-ci gedişədək görüş uzanarsa, şahmatçıların vaxtına hər gedişə görə 2 saniyə əlavə olunacaq. Burda da heç-heçə olacağı halda, qalib qara fiqurlarla oynayan şahmatçı elan ediləcək.

Qeyd edək ki, tay-breyk sabah Bakı vaxtı ilə saat 14:00-da başlayacaq. Qalib 110 min, məğlub 80 min dollar qazanacaq.

Paylaş »
››› Türkiyədə yanğın yerinə gələn nazir Çavuşoğlu sərt reaksiya ilə qarşılaşdı – Video
››› Admiral Türkiyədəki yanğınların arxasında gizlənən ölkənin adını açıqladı
››› Deputatdan şillə-təpikli "təşəkkür"
››› Sərxoş deputat polisi evindən yuxudan qaldıraraq öz obyektində döyüb
››› Cins şalvar geyindiyi üçün döyüldü, körpüdə asılı tapıldı
››› Biri qanunverici, digəri qanun keşikçisi - Polisi döyən deputatın axırı necə olacaq...
››› Deputat Eldəniz Səlimov polisi döyüb - DİN hadisəni təsdiqləyib
Son xəbərlər
Bütün xəbərlər »