Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Prefektura binasına hücum edən 4 polisi öldürüb

Fransanın paytaxtı Parisdə prefektura binasına hücum edilib.

Bizimyol.info xəbər verir ki,  bu barədə “Sky News” məlumat yayıb. Binada polislərə bıçaqla hücum olub, 4 polis əməkdaşı qətlə yetirilib.

Hücum edən şəxs də polis tərəfindən zərərsizləşdirilərək, öldürülüb.

Kütləvi informasiya vasitələrinin yazdığına görə, prefektura binasında polis əməkdaşlarına hücum edən şəxs polis məmuru olub. O, həmkarlarına əvvəlcə öz kabinetində, daha sonra pilləkəndə hücum edib. Hücum edən şəxslə polis əməkdaşları arasında münaqişə ehtimalı hadisənin baş verməsinə səbəb kimi göstərilir.

Hazırda bu versiya hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.(apa)

Son xəbərlər
Bütün xəbərlər »