“Bookmate Plus” paketini aktiv etmək qaydası çox sadədir: Həm iOS, həm də Android əməliyyat sistemlərində çalışan “Bookmate” tətbiqini App Store və ya Play Store-dan yüklədikdən sonra, xidmətə günlük qoşulmaq üçün smartfonun ekranında *511#yes, aylıq aktiv etmək üçün isə *533# yes komandasının yığılması kifayətdir.
Azercell-in “Bookmate Plus” paketi elektron kitabxananın xəzinəsini abunəçilər üçün daha da əlçatan edərək, günlük paket çərçivəsində elektron ve audio kitablardan istifadə üçün 50%-dən çox endirim təqdim edir. Bununla yanaşı Azercell “Bookmate Plus”-dan ilk dəfə istifadə edən abunəçilərə paketdən 7 günlük pulsuz istifadə üçün də müstəsna fürsət yaradır.
Daim yenilənən rəqəmsal kitabxana haqqında ətraflı məlumat üçün https://www.azercell.com/az/personal/services/partner_services/books/ səhifəsinə daxil olun.