Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Yeni artımdan sonra müəllimlərin əmək haqqı orta hesabla 77-99 manat artıb”

Təhsil Nazirliyinin verdiyi məlumata görə, son illərdə müəllimlərin aylıq vəzifə maaşı 2 dəfə, cari ilin sentyabrın 1-dən isə əlavə olaraq orta hesabla 20 faiz artırılıb.

Təhsil məsələləri üzrə ekspert Kamran Əsədov Bizimyol.info-ya bildirib ki, maaşın 20 faiz artımı diaqnostik qiymətləndirmədən keçən və keçməyənlərə şamil olunur.

Kamran Əsədov Kamran Əsədov

“Hazırkı dövrdə diaqnostik qiymətləndirmənin nəticələri müəllimlərin dərs bölgüsü zamanı nəzərə alınır. Bu o deməkdir ki, diaqnostik qiymətləndirmənin nəticələri yüksək olan müəllim daha çox dərs saatı alacaq və bu da onun yüksək əmək haqqı almasına imkan verəcək. Son maaş artımdan sonra təkcə Bakı şəhərində 8965 nəfər müəllimin əməkhaqqı 500-1000 manat, 476 nəfər müəllimin əməkhaqqı isə 1000 manatdan yuxarı olub. Aparılan islahat nəticəsində həmin müəllimlərin orta aylıq əmək haqqı 465 manat təşkil etməklə, ölkə üzrə müvafiq göstəriciyə yaxınlaşıb”,-deyə K.Əsədov bildirib.

Ekspert deyib ki, yeni artımdan sonra müəllimlərin əmək haqqı orta hesabla 77 – 99 manat artıb: “İndi pedaqoji staj 3 ilə qədər olan və bir stavka dərs yükü (18 saat) olan müəllim aylıq 462 manat, pedaqoji staj 18 ildən çox olan və və bir stavka dərs yükü (18 saat) olan müəllim aylıq 594 manat atlıq əmək haqqı oldu.

Amma diaqnostik imtahanda iştirak etməyən müəllimlər var ki, onlar 6 saata qədər dərs deyirlər və onların əmək haqqı 2016-cı il 1 yanvara qədər qüvvədə olan ödəmə cədvəlinə uyğun olaraq həyata keçirilir. Onlar 80-100 manat arasında əmək haqqı alırdı. 1 sentyabr 2019-cu il tarixdən bu rəqəmlər 150 manata qədər artırılıb”.

K.Əsədov deyib ki, 2014-2018-ci illərdə Təhsil Nazirliyinin diaqnostik qiymətləndirməsindən keçən müəllimlərin orta aylıq əmək haqqı 465 manatdır. 2014-cü ildən bu günə kimi 142 min müəllim diaqnostik qiymətləndirmədən keçib.

Ramid İbrahimov

Bizimyol.info

Paylaş »
››› Leyla Şıxlinskaya külli miqdarda borca görə məhkəmə qarşısında
››› Bozdağın qoynunda gizlənmiş inci: Yeni turizm cənnəti - Fotolar
››› “9 aydan sonra Qarabağda Ermənistan əsgəri qalmayacaq”
››› 15 yaşlı qız atasını ürəyindən bıçaqladı
››› 2 min ildən çox əl vurulmayan meyvə dolu səbət tapılıb - Foto
››› Məşhur müğənni Della Mayls Qarabağa aid mahnı oxudu - Video
››› Canlı yayımda intihar cəhdi - Video
Son xəbərlər
Bütün xəbərlər »