Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ekspert: "Eldar Həsənovun və Rusiyanın adını hallandıranlar sifarişlə iş görürlər"

“SOCAR əməkdaşları ilə Qarabağ qaziləri arasında baş verən qarşıdurmada Eldar Həsənovun və Rusiyanın adının hallanması absurddur, ağılsızlıqdır. Bunu hansı politoloq, hansı ekspert iddia edirsə xəstə təxəyyülün məhsulunu dilə gətirib və sifarişlə iş görüb”.

Bizimyol.info-ya bu açıqlamanı politoloq Musa Ağayev verib.

Musa Agayev

“Niyə məhz onların adı çəkildi? Bu gün çox şeylər deyilmir. Azərbaycanda nə baş versə Rusiyanı günahlandırmaq gülüncdür. Mən Rusiyanın vəkili deyiləm ya da Rusiyanın mənim onu müdafiə etməyimə ehtiyacı yoxdur. Lakin nə qədər ki, müəyyən maraqlara xidmət edən siyasətçilər var, heç cür inkişaf ola bilməz.

Birinci növbədə obyektiv olmaq lazımdır. Hər nə olsa Rusiyanı günahlandırmaq biabrıçılıqdır, özünə hörmətsizlikdir. Sən hansısa dövləti sevməyə bilərsən, amma danışanda ağılla danışmaq lazımdır. Xəstə təxəyyüllə, sifarişlə danışmaq biabırçılıqdır.

Eldar Həsənovun gələcəkdə hakimiyyətdə gəlmək kimi bir niyyəti və şansı yoxdur. Adam oturub azərbaycandan kənarda səfirliklə məşğuldur. O nəyə görə hansısa xırda torpaq məsləsinə qarışmalıdır? SOCAR-a da haqq vermirem. Bu məsələ durduğu yedə baş vermədi. Sülh yolu ilə həll etmək olardı. Sırf məişət məsələsini siyasiləşdirib kimisə ittiham etmək ağıllı versiya deyil”.

İlhamə

Bizimyol.info

Paylaş »
››› Bozdağın qoynunda gizlənmiş inci: Yeni turizm cənnəti - Fotolar
››› “Altı aydan sonra Qarabağda Ermənistan əsgəri qalmayacaq”
››› Leyla Şıxlinskaya külli miqdarda borca görə məhkəmə qarşısında
››› 15 yaşlı qız atasını ürəyindən bıçaqladı
››› Türkiyədə yanğınlar, Yunanıstanda 46 dərəcə isti: Kəndlər evakuasiya olunur
››› Rusiya ilə Baltikyanı ölkə arasında böhran dərinləşir
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »