Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ekspert: “Putin bu hərəkəti ilə Paşinyana şillə vurdu, Əliyevə isə özəl dəvət göndərdi”

Son illər Yerevanın kursu açıq şəkildə Moskvanı qıcılandırır . Uzun illər Rusiyanın tərəfdaşı olan, Moskvadan iqtisadi, hərbi-texniki cəhətdən, Rusiya investisiyasından asılı olan Yerevan indi Qərbə meyillənməsi və özünü müstəqil elan etmək istəməsi Moskvanı təbii ki, qane etmir. Rusiya prezidenti Vladimir Ermənistanın sabiq Prezidenti Robert Koçaryanın həbsindən narazılığını bir neçə dəfə bildirib.

Vladimir Putin Ermənistanda hakimiyyət dəyişikliyindən sonra ilk dəfə Avrasiya İqtisadi Birliyinin 5-ci zirvə toplantısında iştirak etmək üçün Yerevana səfər etdi. Rusiya prezidentinin bu səfərə çox az vaxt ayırması Ermənistanın baş naziri Nikol Paşinyana soyuq münasibəti sözsüz ki diqqətdən qaçmadı. Avrasiya İttifaqının 5-ci zirvə görüşünün Ermənistanda keçirilməsi növbəlilik prinsipilə əlaqədar olsa da, Paşinyanın komandası bunu baş nazirin nüfuzu kimi qələmə verməyə çalışırdı. Lakin toplantı bütün xəyalları suya saldı.

Politoloq Arzu Nağıyev Bizimyol.info saytına verdiyi açıqlamada Putinin Paşinyana və İlham Əliyevə olan münasibətini həmin zirvə görüşü və Azərbaycan prezidentinin “Valday” klubuna dəvəti fonunda müqayisə edərək bildirib:

Arzu Nağıyev Arzu Nağıyev

“Azərbaycan prezidenti cənab İlham Əliyevin “Valda” klubunun növbəti yığıncağına dəvət alması mühüm məsələdir. Məlum məsələdir ki, “Valday” klubu dünyanın aparıcı dövlətlərinin böyük rəhbərlərinin iştirak etdiyi klubdur. Burda dünyada baş verən iqtisadi, siyasi məsələlərə bağlı diskusiyyalar açılır. Azərbaycan prezidentinin cənab Putinin şəxsi dəvəti ilə bu kluba dəvət olunması ondan xəbər verir ki, o tək MDB məkanında deyil və dünyada müsbət reytinqə və nüfuza malkdir. Azərbaycan bu gün Avropada və Qərbdə enerji təhdidinin qarısnı alan və Avropanın enerji təminatına töhfələr verən bir dövlətdir.Və öz balanslı siyasəti ilə heç bir hərbi alyansa qoşulmadan öz müstəqil siyasətini yürüdür. Gəlin müqaysə edək.

Avrasiya İqtisadi Qurumunun tədbirinə cənab Putinin son dəqiqlərdə gəlməsi diqqətlərdən qaçmadı və üstəlik həbs olunmuş Koçaryanın həyat yoldaşı ilə görüşdü. KTMT-də təmsil olunan Ermənistana özünün tərəfdaşları ilə mühüm məsələləri müzakirə etmək qismət olmadı. Bu görüş sadəcə görüş naminə baş tutdu. Putin Koçaryanın xanımı ilə görüşməklə Paşinyana şillə vurmuş oldu. Bununla da Putin demək istədi ki, o Rusiyanın tərəflərini tutan dostlarını xatırlayır və qoruyur. Paşinyan bir yandan ABŞ- la müzakirələr aparır, bir yandan Putini dəvət edir. O baxımdan Pitin də öz soyuq reaksiyasını göstərmiş oldu. Yəni erməni bicliyi bu dəfə keçmədi. Məncə “Valday” klubunda Əliyev daha mühüm görüşlər keçirəcək və qlobal problemlərin həllində Azərbaycan rəhbəri də söz sahibi olacaq. “Valday” klubu mərasiminə gəlincə, burada bir müddət öncə keçirilən BMT Baş Assambleyasının 74-cü iclasında müzakirə edilən məsələlər gündəlikdə olacaq”.

Qeyd edək ki, “Valday” klubunun VI illik iclası sentyabrın 30-dan oktyabrın 3-dək Soçidə keçirilir. Azərbaycan prezidenti hazırda Soçidə səfərdədir. Klubun bu ilki iclasının mövzusu “ Şərqin şəfəqi və dünya siyasətinin quruluş tərzi” adlanır. Müzakirələrə Qazaxıstan və Filippin prezidentləri də dəvət alıblar.

“Valday” klubunun ilk iclası 2004- cü ildə Novqorod şəhərində Valday gölünün sahilində baş tutub. Klub adını da bu gölün adından alıb.

“Valday” Beynəlxalq Diskussiya Klubu 2004-cü ilin sentyabr ayında RİA Novosti agentliyinin təşəbbüsü ilə yaradılıb. İldən ilə iştirakçılarının sayı artır.Bu günə qədər forumun işində dünyanın 71 ölkəsindən 1000-dən çox nümayəndə iştirak edib.İclaslara Harvard, Kembric, Corctaun, Stenford, Karlton, London, Qahirə, Tehran, Tokio, Tel- Əviv kimi nüfuzlu universitetlərin professorları qatılırlar. Bu günə qədər bu tədbirə Əfqanıstan, Finlandiya, Avstriya, CAR, Çexiya prezidentləri, Fransa, İtaliya baş nazirləri qatılıblar.

İlhamə Rəsulova

Bizimyol.info

Paylaş »
››› Türkiyədəki yanğınların təxribat olduğunu təsdiqləyən görüntülər - Video
››› Türkiyəyə kimlər od vurdu: Hədəf Ərdoğandır, yoxsa dövlətin özü...
››› “Patı” mafiyası, yoxsa, agentura: “Planlı işləyirlər”
››› 20 yaşlı gənc eyni toyda iki gəlinlə evlənib - Video
››› Alovun içində üzümüzü ağ edənlər: Azərbaycan qardaş ölkəyə necə dəstək verir...
››› "Zaman dəyişsə də, Türk qadını dəyişmədi" - Foto
››› Avqustun 3-nə olan hava proqnozu
Son xəbərlər
Bütün xəbərlər »